Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
54
sözünə bölgələr üzrə iki variantda rast gəlirik. Lənkəran,
Masallı
bölgələrində sözün tamaza variantı, Balakən, Qazax,
Ordubad və Quba bölgələrində isə sözün
tamasa forması
işləkdir. Lənkəranda
tamasa sözü “tavan”, Balakən, Qazax,
Ordubadda “taxta haşiyə”, Qubada isə “boyunduruğun alt
ağacı” mənalarında anlaşılır. Dialekt sözünün yalnız “tavan”
mənası və
tamasa forması memarlıq sahəsi üzrə xüsusi mənalı
söz kimi terminləşmişdir [151,s.546], [191,s.35].
Dialekt sözləri dil tarixi prosesinin göstəriciləri sayılırlar.
Dildə baş vermiş bir çox dəyişikliklər
məhz bu sözlərdə əks
olunub. İstər məna, istərsə də fonetik baxımdan bu sözləri
müasir dil səviyyəsi ilə müqayisə etdikdə fərqlərin şahidi
oluruq.
Linqvistik təhlillərə əsasən, müxtəlif fonetik
variantlarda işlək olan dialekt sözlərin yalnız bir variantı ter-
minləşir. Bəzən də dialekt sözün ifadə etdiyi bir neçə məna
memarlıq sahəsi üzrə dəyişmədən terminləşə bilir. Məsələn,
baca dialekt sözü Biləsuvar, Yardımlıda “pəncərə”, Culfada isə
“taxça” mənasını ifadə edir. Söz hər iki mənada memarlıq
termini kimi lüğətdə yer almışdır [151,s.25],[191s.18]. Bu hal
terminin çoxmənalılığına
səbəb olur ki, bu da dialekt sözləri
əsasında formalaşan terminoloji leksikada tez-tez təsadüf
olunan haldır. Çünki bir çox hallarda eyni dialekt sözü müxtəlif
mənalarda işlənir. Milli dil əsasında termin yaradıcılığı
prosesində bu proses eyni sözün müxtəlif mənalarının eyni və
ya müxtəlif sahələrdə xüsusi məna qazanması ilə nəticələnir.
Dildə çoxmənalılıq
nöqsan hesab olunmasa da, terminoloji
sistemdə bu dolaşıqlıq yaradır və bir çox halda terminin
müxtəlif mənaları bəzən bir-birini inkar edir.