Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
49
mənalarla daban sözünün terminoloji mənasının funksiya
baxımından yaxınlığı var və bu yaxınlıq əsasında o, elmi
sahədə terminləşmişdir.
Geologiyada xır sözü “ölçüləri 10-100 min olan və demək
olar ki, tamamilə itibucaqlı süxur qırıntılarından təşkil olunmuş
iriqırıntılı kövrək (psefit) süxur” mənasında işlənir [169,s.204].
Bu söz Ağdaş, Bakı, Quba, Oğuzda “bostan”, Ordubadda
“tamam”, Gədəbəy, Goranboy, Qazax, Tovuz, Zəngilanda
“çınqıl, çınqıl qarışıqlı qum”, Cəlilabad, Göyçay, Kürdəmirdə
“vint”, Oğuzda “bostan ləki”, Qazaxda “xırda” mənalarında
işləkdir [150,s.222]. Göründüyü kimi, dildə mövcud olan xır
sözü səs tərkibini, formasını və ilkin mənasını saxlamaq şərti
ilə əlavə terminoloji məna qazanaraq geologiya sahəsində
xüsusiləşmişdir.
Geologiyanın digər şöbələrindən biri də hidrogeologiyadır.
Bu sahədə də semantik üsul əsasında terminləşmiş dialekt
sözlərinə rast gəlinir. Məsələn, basqı sözü “vahid su kütləsinin
müqayisə müstəvisindən (hidrogeologiyada dəniz səviyyəsi)
hər hansı hündürlükdə yerləşən nöqtədəki potensial enerji”,
“süxur keçiriciliyinin azalması və ya axın sərhədində
səviyyənin qalxması nəticəsində yeraltı su səviyyəsinin
qalxması” mənasında terminləşmişdir [169,s.50]. Bu söz
dialekt sözü kimi “tayada otu saxlamaq üçün onun üstünə
qoyulub bağlanan uzun ağac” mənasında işlənir [150,s.41].
Qədim türk sözü olan basqı sözünə bir çox qədim mənbələrdə
rast gəlinir. Məsələn, “Türkcə-rusca lüğət”də “təzyiq”,
“sürgün”, [225,s.28] “Türk dillərinin etimoloji lüğəti”ndə isə
sözün “təzyiq”, “əzmək”, “həngamə”, “məngənə”, “hücum”
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
50
mənaları qeyd olunub [221,s.76]. Eyni zamanda söz
V.V.Radlovun “Türk dillərinin sözlüyü” kitabında isim kimi
“təzyiq”, “basqı”, “pilləkən” mənalarında verilmişdir
[217,s.1533]. Müasir dildə bu söz basmaq, təzyiq deməkdir.
Beləliklə, qədim türk sözü olan basqı sözü ilkin mənasına
yaxın mənada geologiya sahəsi üzrə terminləşmişdir.
Linqvistik təhlillərə əsasən, aydın olur ki, geologiya
sahəsində xeyli sayda termin vardır ki, onlar dialekt sözləri
əsasında yaranıblar. Bu da termin yaradıcılığında dialekt
sözlərinin əsas mənbələrdən biri olmasını bir daha təsdiq edir.
A.Axundov yazır: “Başqa dillər kimi, Azərbaycan dilində də
yeni sözlərin çeşidli qaynaqları var. Onlardan dördü əsasdır:
ümumxalq dili və ya müxtəlif dialekt və şivələr, klassik ədəbi
dilimiz, əcnəbi dillər, nəhayət, müasir bədii, publisistik, elmi
ədəbiyyat və mətbuat üslubu” [8,s.72]. Dialekt sözlərin
geologiya sahəsi üzrə terminləşməsinin ən əsas səbəblərindən
biri geologiyanın əldə etdiyi nəticələrin xalq təsərrüfatına
tətbiqidir.
Müasir dövrdə tikinti texnologiyasında böyük irəliləyişlər
baş verir. Memarlıq məktəbləri təsis edilir. Texniki tərəqqi
dövründə memarlıq sənətinin tikinti mühəndisliyindən
ayrılması prosesi başlayır. Memarlar əsasən tikililərin xarici
görünüşü ilə, digərləri isə tikinti işlərinin texnologiyası üzrə
ixtisaslaşırlar. XX əsrdə tikililərin konstruksiyalarının mü-
rəkkəbləşməsi sayəsində bu istiqamətdə daha da şaxələnmə baş
verir. Hal-hazırda bu sahəyə qoyulan böyük investisiyalar
memarlıq sahəsinin daha da inkişaf etməsinə, bu da öz
növbəsində yeni anlayışlar və tendensiyaların yaranmasına
|