Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə22/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   18   19   20   21   22   23   24   25   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
47 
“barı”, “hasar” mənasını qeyd edib [217,s.1474-76]. Digər 
mənalarla yanaşı sözün “barı”, “hasar” mənaları hələ qədim 
zamanlarda işlək olub. “Türkcə-rusca lüğət”də bu sözün “barı, 
hasar” mənaları ilə yanaşı, “daldalanacaq” mənası da qeyd 
olunub [225,s.27]. Mənbələrdə qeyd olunan mənalara əsasən
qədim türk sözü olan bar sözü, göründüyü kimi, ilkin mənasını 
qoruyaraq bu gün dilimizdə elmi sahədə xüsusiləşmişdir. 
Geologiyanın sahələrindən biri də mineralogiyadır. 
Mineralogiya təbii şəraitdə yer qabığında yaranan müxtəlif 
mineralların fiziki-kimyəvi xassələrini, tərkibini, mənşəyini və 
əmələgəlmə 
qanunauyğunluqlarını 
öyrənən 
sahədir. 
Mineralogiya sahəsi üzrə də dialekt sözlərinin terminləşməsi 
prosesinə rast gəlirik. Məsələn, lay sözü geologiya sahəsində 
“qalınlığı yayıldığı sahənin ölçülərindən qat-qat kiçik, əsasən 
bircinsli (olmaya da bilər) altda və üstdə yatan laylardan 
laylanma müstəviləri ilə ayrılan geoloji cisim”, stratiqrafik mə-
nada “kəsilişdə müəyyən stratiqrafik yeri olan tərkibcə 
eynicinsli, yayılma sahəsinə nisbətən az qalınlıqlı, hər hansı bir 
əlaməti ilə fərqlənən, altda və üstdə yatan çöküntülərdən aydın 
sərhədlərlə hüdudlanan geoloji cisim” mənasını verən termindir 
[191,s.305]. Bu söz Bakıda “yastı daş”, İmişli, Kürdəmirdə isə 
“pambıqdan toxunmuş palaz” anlamında işlənir [150,s.324]. 
Lay sözü bu halda, demək olar ki, Bakı dialektində işləndiyi 
mənanın semantik inkişafı nəticəsində terminləşmişdir. 
Geologiya termini kimi külçə sözü səpintilərdə öz 
ölçülərinə görə başqa metal hissəciklərindən kəskin ayrılan az 
yuvarlaqlı sərbəst metal parçasıdır. Külçənin çəkisi 0,1-0,2 
qramdan bir neçə kiloqrama qədər ola bilər. Tərkibində bəzən 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
48 
başqa metallara da rast gəlinir [191,s.266]. Ağdam, Bakı, 
Gədəbəy, Salyan, Göyçay, Kürdəmir, Qax, Oğuz, Şamaxı, Şəki 
bölgələrində işlək olan külçə sözünə “qəbir üstə paylanılan 
halva-çörək” və “təndirdə bişirilən yağlı çörək mənalarında rast 
gəlinir [150,s.266]. Külçə sözü zahiri oxşarlıq əsasında 
dialektlərdə işləndiyi mənanın semantik inkişafı nəticəsində 
terminləşmişdir. 
Geologiyanın petroqrafiya sahəsi yer qabığını təşkil edən 
müxtəlif mənşəli süxurlar haqqında təlimdir. Bu sahədə çökmə 
süxur adı bildirən terminləşmiş dialekt sözlərinə rast gəlirik ki, 
onların da formalaşmasında ədəbi dildə mövcud üsullardan 
eyni şəkildə istifadə edilmişdir. Termin yaradıcılığı prosesini 
ümumi ədəbi dildə söz yaradıcılığı prosesindən təcrid edilmiş 
şəkildə götürmək olmaz. 
Geologiyada daban sözü “layı altdan məhdudlaşdıran 
səth” (layın stratiqrafik aşağı səthi) və “dağ-mədən işlərində 
faydalı qazıntı (damar, filiz yatağı) layının altında yatan “boş 
süxur” mənasında işlənir [169,s.84]. Daban sözünün maraqlı 
semantik tutumu var və dialektlərdə bu sözə Qazaxda 
“dəyirmanın işini nizamlayan dəmir hissə”, Şamaxıda “tütün 
bitkisinin kökə yaxın yarpaqları”, Kürdəmirdə “qapını 
çərçivəyə birləşdirən oxcuqlar [qapı bu oxcuqlar üzərində 
fırlanır]” mənalarında rast gəlinir [150,s.109]. Sözün etimo-
logiyasına nəzər salsaq, hələ qədim zamanlarda sözün “Türk 
dillərinin etimoloji lüğəti”ndə ta:ban//daban//taba:n//taban 
variantlarının “daban, iz”, “tir” eyni zamanda “metal hissə” 
mənaları verilmişdir [222,s.110]. Müasir ədəbi dildə daban 
sözü ayağın dal hissəsinə deyilir. Yuxarıda qeyd olunan 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin