Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
41
şivələrdə v səsinin düşümü hadisəsi geniş yayılmışdır. Ancaq v
səsinin düşümünə Qərb dialekt və şivələrində, eləcə də
Zaqatala-Qax şivəsində də təsadüf olunur. Lakin burada bir
fərq nəzəri cəlb edir. Şərq dialekt və şivələrində, həmçinin Şəki
dialektində v səsinin düşümü çox vaxt sonor və ş, ğ səsləri qar-
şısında baş verir: koğa Ağdam, Bərdə, Borçalı, Daşkəsən,
Gədəbəy, Göyçay, Xanlar, Xocavənd, İmişli, Qazax, Qax,
Tərtər, Tovuz, Yevlax bölgələrində “ucu qarmaq şəkilli uzun
ağac və ya dəmir” deməkdir. Sözün kovğa variantı Zaqatala
bölgəsində də eyni mənanı bildirir. Bu dialekt sözün yalnız
kovğa variantı heyvandarlıq sahəsində termin kimi for-
malaşmışdır [151,s.286], [170,s.199]. Göründüyü kimi, bu
sözün terminləşməsi prosesində səsartımı hadisəsi müşahidə
olunur.
Beləliklə, nümunələrdən aydın olur ki, fonetik dəyişmələr
sözlərə yox, səslərə təsir edir. Dəyişməyə yalnız fonem məruz
qalır. Fonetik dəyişmə və hadisələr heç də həmişə mütləq
olmur, əvəzlənməyə məruz qalan səs müəyyən vurğu altında,
yaxud vurğusuzluq şəraitində baş verir. Saitlərdən fərqli olaraq
samitlərdə paralellik daha çox rast gəlinən hadisədir. Bu isə kar
və cingiltili səslər arasında bir sıra fonoloji halların olması ilə
bağlıdır. Bu prosesin orijinallığı ondadır ki, ancaq əsl türk
sözləri bu qanuna tabedir.
Azərbaycan dilinin terminoloji sistemində dialekt sözləri
əsasında formalaşan həm sadə, düzəltmə, həm də mürəkkəb
quruluşlu xeyli sayda termin səciyyəli sözlər işlənir. Dialekt
sözləri əsasında yaranan terminləri quruluşuna görə üç qrupa
ayırmaq olar:
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
42
1. Dialekt sözləri əsasında formalaşan sadə terminlər:
darangi, əbrişim, ərik, barınc, boranı; Sadalanan dialekt
sözləri semantik cəhətdən inkişaf edərək yeni terminoloji məna
qazanır. Belə ki, bu sözlər dilin inkişafı prosesi nəticəsində
ədəbi dilə daxil olaraq ümumişlək sözə çevrilmişlər. Daha
sonra müəyyən elm sahələrində yer alaraq xüsusiləşmiş və
terminə çevrilmişlər. Məsələn, darangi sözü Gəncə, Şəki,
Tovuzda “qələmə ağacı”, Qazaxda “ağacın kəsilmiş quru
budaqları” mənasında işlənir [151,s.124]. Söz semantik inkişaf
prosesi nəticəsində ümumişlək söz və termin kimi botanika
sahəsində “qovaq cinsindən olan ağac”, “piramidal qovaq”,
“ağaclardan kəsib-tökülmüş budaqlar” mənalarında termindir
[152,s.537],[159,s.196]. Eyni formada semantik inkişafa digər
sözlərdə də rast gəlinir: Əbrişim Ağdaş, Kürdəmir, Göyçay
bölgələrində “qovaq ağacının bir növü” deməkdir [150,s.154].
Botanika sahəsində “lələkli yarpağı və ətirli çiçəyi olan ağac
növü, akasiya” mənasında xüsusiləşmişdir [159,s.198]. Ərik
sözü Dərbənd, Quba bölgələrində “cır alça” deməkdir
[151,s.176]. Botanika sahəsində isə “sarı, ətli, şirin,
birçəyirdəkli meyvə və bu meyvənin ağacı” kimi
terminləşmişdir [159,s.199]. Barınc sözü Oğuz bölgəsində
“alaq otu” mənasında işlənir [151,s.33]. “Botanika terminləri
lüğəti”ndə bu söz “paxlalılar fəsiləsindən olan alaq
bitkilərindən biri” kimi qeyd olunur [159,s.221]. Boranı sözü
Bakı, Gəncə, Şərur, Ordubadda “göyərti və yumurtadan
hazırlanan xörək növü” deməkdir, botanika sahəsində isə eyni
söz “qabaq növü” mənasında termindir [151,s.57], [168,s.190].
|