Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə27/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   23   24   25   26   27   28   29   30   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
57 
Gəncə, Qazax, Mingəçevir, Şəki, Tərtər, Tovuz bölgələrində 
“ləpəsi çətin çıxan” (qoz) mənasında işlənir [151,s.102]. 
Botanika termini kimi çətənə “saplağından kəndir, tumlarından 
yağ hazırlanan birillik ot bitkisi”, çətənə qoz sözü isə “qabığı 
çox bərk olan və ləpəsi çətinliklə qabığından çıxarıla bilən 
qoz” mənaları verir [159,s.217]. 
Vaxtı ilə xalq dilində, ayrı-ayrı dialekt və şivələrdə işlənən 
yüzlərcə bitkiçiliyə aid söz zaman keçdikcə xüsusiləşərək 
botanika elminin spesifik terminləri kimi formalaşmışdır. 
“Dialekt və şivələrdən geniş istifadə olunmaqla dilimizin lüğət 
tərkibinin zənginləşdirilməsi, türk dillərinin ümumi leksik 
fondunun demək olar ki, bərpası, saflaşdırılması və 
təmizlənməsinə zəmin yaradır” [33,s.120]. Botanika digər 
elmlərə nisbətən milli və xalq dilinə daha yaxın elm sahəsidir. 
Bu səbəbdən təsadüfi deyil ki, dialekt sözlərinin terminləşməsi 
prosesinə burada daha çox rast gəlinir.
Dialektlərdə işlənən bir qrup yabanı bitki adları mənalarını 
saxlamaqla terminləşərək botanika termini kimi işlənir
Məsələn, cincar sözü Balakən, Qax, Şəki, Zaqatala 
dialektlərində “gicitkən” deməkdir [159,s.219],[150,s.79]. 
Botanika terminləri lüğətində də cincar sözü eyni anlamda 
qeyd olunmuşdur. Çaşır sözü Ağcabədi, Ağdam, Çəmbərək, 
Gədəbəy, Ordubad, Şəmkir, Zəngilanda yabanı bitki adıdır və 
eyni mənada botanika sahəsində termin kimi formalaşmışdır 
[159,s.217],[151,s.93]. Zoğ sözü bölgələrdə “zolaq” (kərəntinin 
biçdiyi otun əmələ gətirdiyi zolaq) mənasında işlənir 
[150,s.563]. “Biologiya lüğəti”ndə isə “ali bitkilərin əsas 
orqanlarından biri, intensiv boyatma və böyümə xüsusiyyətinə 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
58 
malik olan oxdan, yanlara istiqamətlənən yarpaqlardan və 
qoltuq tumurcuqlardan ibarət hissə” kimi izah olunur 
[160,s.472]. Xalyar sözü Qax, Zaqatalada yabanı bitki adıdır və 
eyni anlamda həm də botanika sahəsində termindir [159,s.216], 
[150,s.214].
Dialekt sözləri arasında bir çox xəstəlik adı və ya növü 
bildirən sözlərin terminləşməsinə də rast gəlirik. A.Cəfərova 
yazır: “Xəstəliyin adlarını və əlamətlərini bildirən terminləri 
işlənmə dairəsinə görə diqqət cəlb edir: onların bir qismi yalnız 
xalq təbabətində işlənir və bu sözlərdən müasir dialekt və 
şivlərimizdə fəal şəkildə istifadə olunmaqdadır [18,s.28]. 
Məsələn, xora sözü həm botanika, həm də tibbi termin kimi 
işlənir. Botanika sahəsində bu söz “çalınmış otun yerində bitən 
təzə ot, bitki”, tibbi termin kimi isə “dəri üstündə irinli, xırda 
yara” deməkdir. Çox vaxt bu termin yara-xora şəklində işlənir 
[152,s.216]. Xora dialekt sözü Ağcabədi, Ağdam, Cəbrayıl, 
Kürdəmir, Göyçay, Qazax, Mingəçevir, Oğuz, Sabirabad
Şamaxı bölgələrində “əkin sahəsinə tökülən sünbüllərdən öz-
özünə bitən taxıl” mənasında işlənir [151,s.250]. Göründüyü 
kimi, sözün semantikası həm xəstəlik, həm də bitki adı bildirir 
və hər iki anlamda termin kimi işlənir. 
Xalq təbabəti Azərbaycanda hələ qədim dövrlərdə mövcud 
olmuş və günümüzə qədər öz mahiyyətini qoruyub saxlaya 
bilmişdi. Dilimizdə müalicəvi xüsusiyyətə malik bitki və ot 
adları kifayət qədərdir. Onların çox qisminin adı dialekt 
sözlərinin semantik inkişafından qaynaqlanır. Belə ki, 
Azərbaycan dilində xalq təbabəti terminlərinin for-
malaşmasında semantik üsul mühüm rol oynayır. Semantik 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin