Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
59
üsulun mahiyyəti ədəbi dildə, dialekt və şivələrdə, məişətdə
geniş yayılmış sözlərin müəyyən semantik inkişafı nəticəsində
əlavə məna kəsb edərək, yeni leksik vahidə çevrilməsidir.
Məsələn, kasnı sözü yabanı bitki adlarından biri kimi
“Botanika terminləri lüğəti”ndə qeyd olunur. Bu söz Ordubad,
Şamaxı dialektlərində yabanı dərman bitkilərindən birinin
adıdır [150,s.243]. Botanika sahəsində xalq təbabətində
işlədilən iynə yarpaqlı, mavi çiçəkli bitki kimi izah olunur.
Kasnı ağacı isə bu bitkinin çiçəklərindən çəkilmiş, xalq
təbabətində işlənən bitki növüdür [159,s.203]. Xalq təbabətində
kasnının köklərindən sulu dəmləmə və bişirmə hazırlayıb
xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini
yaxşılaşdıran, iştahanı və maddələr mübadiləsini artıran vasitə
kimi və həmçinin öd yolları xəstəliklərində ödqovucu dərman
kimi qəbul edirlər. Köklərindən hazırlanmış dəmləmə və “kasnı
arağı” şəkər xəstəliyində, eləcə də malyariyaya qarşı işlədilir.
Qaytarma sözü Salyanda dərman bitkisi adıdır, botanika
sahəsində bu söz “çoxillik çəmən bitkisi” kimi qeyd olunur
[159,s.192], [151,s.318]. Beləliklə, göründüyü kimi “kasnı”
sözü formasını qorumaqla terminoloji məna qazanaraq yeni
vahidə çevrilmişdir.
Dialektlərdə botanika sahəsi üzrə terminləşmiş bir çox
yabanı bitki adlarına rast gəlirik, məsələn: alısın Gəncə, İmişli,
Qazaxda “payızda bitən ot” [157,s.13], [168,s.20]. Qeyd
olunan söz elmi təbabətə xalq təbabətindən keçmişdir.
“Botanika terminləri lüğəti”ndə bir sıra yeməli bitki,
göyərti adlarına da rast gəlirik ki, onların çoxu dialekt
sözləridir və eyni anlamda termin kimi işlənirlər. Məsələn:
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
60
vəzərək sözü Kürdəmirdə “yeyilən yabanı bitki adı” deməkdir
[151,s.614],[159,s.191]. Çiriş sözü Ağdam, Cəbrayıl, Gədəbəy,
Mingəçevir, Ordubad, Zəngilanda “yeməli bitki adı”
mənasında işlənir. Sözlərin hər ikisi “Botanika terminləri
lüğəti”ndə də söz eyni mənada qeyd olunur [151,s.104],
[159,s.218].
Dialektlərdə meyvə ad və növlərini bildirən xeyli sayda
söz var ki, onların bir çoxu botanika sahəsində terminləşmişlər.
Məsələn, hulu sözü Bakıda “şaftalı növü”, Cəlilabadda isə “cır
armud növü” anlamında işlənir [159,s.217], [151,s.231-232].
“Botanika terminləri lüğəti”ndə isə söz “üzü xovlu iri şaftalı
növü, sarı şaftalı” mənasında qeyd olunur. Şaftalı sözünün
dialektlərdə şaptal və hulu variantları da var. Şaptal sözünə
bulqar qrupu dillərində, hulu sözünə isə ancaq Azərbaycan
dilində rast gəlinir [96,s.51]. Yaxud, xətmi sözü Salyanda
“gavalının bir növü” deməkdir. Qeyd olunan məna ilə yanaşı,
“Türk ləhcələrinin sözlüyü” lüğətində sözün “qızılgül” mənası
qeyd olunub [220,s.1684]. Botanikanın meyvəçilik sahəsində
söz dialektdə işlənən mənada, yəni gavalının bir növü kimi xü-
susiləşmişdir [159,s.216], [151,s.243].
Araşdırmalar göstərir ki, Azərbaycan dilində botanika
terminlərinin formalaşması prosesində dialekt və şivələr mənbə
kimi istifadə olunmuşdur. Bu terminlərin əksəriyyəti ümumtürk
mənşəlidir və bu səbəbdən onların böyük qismi qədim dövrlə
bağlıdır.
Dialekt sözlərinin müxtəlif bölgələr üzrə fərqli fonetik
variasiyalarına rast gəlinir. Bu fərqli fonetik variasiyaların
yalnız biri elmi dildə özünə yer edə bilir. Məsələn, əzgən Xan-
|