Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
75
Xalçaçılıq sahəsi xalqın qədim tarixi ilə bağlı olduğu üçün
bu sahədə xeyli sayda dialekt sözlərinə rast gəlinir. Bu tip
sözləri semantik baxımdan aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Xalçaçılıq sahəsi ilə bağlı alət və vasitələrin adları.
Pazlı dialekt sözü “xalçaçılıqda taxta dəzgahlarda istifadə
edilən bir tərəfi yoğun, bir tərəfi nazik solan möhkəm ağac
parçası” [157,s.165]; qırxlıq //qırxın dialekt sözü Zəngəzurda
“qoyun qırxan alət”, xalçaçılıqda “qoyun yunu qırxmaq üçün
qayçı” [151,s.142],[157,s.64]; kirki // kirkit dialekt sözü
Şəmkir, Qazax və Gəncədə “kilim, gəbə toxumaq üçün alət”
deməkdir. Xalçaçılıqda isə bu söz “xalça istehsalında üz
əlqacları “yatırtmaq” üçün istifadə olunan alət” mənasında
işlənir. Lavaşa sözü xalçaçılıq sahəsində “yun ipləri
rəngləyərkən istifadə edilən turş alçadan hazırlanmış yastı
biçimli turşu maddəsi”, dialekt sözü kimi isə Ordubadda “ipək
çəkərkən baramanı tiyanda islatmaq üçün 25 sm uzunluğunda
olan əyri ağac deməkdir [157,s.135],[149,s.287],[150,s.324].
2. Xalçaçılıq sahəsində istifadə olunan ip növlərinin
adları. Arğac dialekt sözü Şəki, Ağdamda “xalının, gəbənin və
ümumiyyətlə toxunan palaz parçaların eninə gedən ip”
deməkdir [149,s.39]; Sözün arqac forması xalçaçılıq sahəsində
“parça və xalça sənətində üfüqi istiqamətdə keçirilən ip, sap”
mənasında termindir [157,s.14]. Saçaq sözü “xovlu və kilimin
palaz kimi xovsuz xalçaların aşağıda və həm də yuxarısında
sallanan iplər”, Qafanda isə “ipdən əyrilmiş sap” deməkdir
[157,s.179],[149,s.356]; Yaxud, əlçim sözü xalçaçılıqda
“daranmış yunu asan əyirmək məqsədilə hazırlanan əl içi
boyda yun parça”dır. Söz bəzən əlçin formasında da işlənir
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
76
[157,s.88]. Bu kəlməyə Salyan, Göyçay ərazilərində “təmiz
daranmış əl boyda yun” mənasında rast gəlinir [151,s.169].
3. Xalça növlərini bildirən adlar. Xalça növləri adları ilə
bağlı xeyli sayda dialektlərdə sözlər vardır ki, onlar bu sahə ilə
bağlı terminoloji lüğətlərdə əks olunublar. Məsələn: xalı
“böyük ölçüdə toxunmuş xalı-xalça” [157,s.208]; görədil
“Abşeron məktəbinə daxil olan xalça kompozisiyası”
[157,s.132];
mərəzə
“Şirvan
məktəbinə
daxil
olan
kompozisiyasının adı” [157,s.145]; nəlbəkigül “Qarabağ xalça
məktəbinin Şuşa qrupuna daxil olan xalça adı” deməkdir
[157,s.157].
4. Palaz növlərini bildirən adlar. Gördin “yerə salınan
kilim, palaz” [157,s.131]; pənbə “pambıq ipləri ilə toxunmuş
palaz” [157,s.167]; buzalu “Bakıda palaz növü” [150,s.68],
[157,s.66]; geyvət “Şəmkirdə içərisində ot və ya saman
qoyularaq çul əvəzinə işlənilən naxışlı palaz deməkdir
[157,s.191],[150,s.176]. Fərş sözü xalçaçılıqda “yerə salınan
hər bir şey, xalça, palaz”dır [157,s.205]. Bu kəlmə Naxçıvan,
Zərdab, Şahbuzda da eyni anlamda işləkdir [149,s.403].
Göründüyü kimi sözlər dialektdə işlənən mənalarını
saxlamaqla xalçaçılıq sahəsində xüsusiləşərək terminləşmişdir.
5. Naxış adları. Azərbaycan xalçaçılıq sənəti dünyada
naxışları ilə məşhurdur. Dialekt və şivələrdə xalçaçılıqda
istifadə olunan naxış adları bildirən sözlərə də rast gəlinir,
məsələn: göl dekorativ və tətbiqi sənət nümunələrində, o
cümlədən, xalçaçılıq sahələrində geniş yayılan naxış
elementlərindən biri [157,s.131]; xətt dekorativ sənətlərini bü-
tün janrlarda istifadə edilən “düz çəkilmiş xətt” deməkdir
|