Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
67
[151,s.258], [184,s.116]. Yaxud, manqo sözü Ağdam, Bərdədə
“zökəm” [əsasən heyvanlarda] mənasında işlənir. Eyni mənada
dialekt sözü tibbi termin kimi xüsusiləşmişdir [151,s.379],
[176,s.191]. Cələ sözü Cəbrayıl, Daşkəsən, Goranboyda
“boğaz xəstəliyi”, titə Borçalı, Gədəbəy, Meğri, Şəmkir,
Şuşada “gözün qarasına düşən ağ ləkə” deməkdir [151,s.73],
[187,s.244], [151,s.570], [187,s.202]. Hər iki söz eyni mənada
tibb terminidir.
Nümunələrdən aydın olur ki, elmi üslubda işlənən xalq
təbabəti terminlərinin əksər hissəsi Azərbaycan dilinin öz
daxili imkanları-dialektlər əsasında yaranmış və for-
malaşmışdır. Həmçinin “xalq təbabətində istifadə olunan bu
qəbildən olan terminlərdə bir ümumi cəhət diqqəti cəlb edir ki,
bu da onların, demək olar ki, hamısının elmi ədəbiyyatda qeydə
alınmasıdır” [18,s.29].
Bir sıra hallarda dialekt sözləri ifadə etdikləri məna ilə
birgə terminləşmişlər. Məsələn, sudur sözü Gədəbəydə bir neçə
mənada işlənir: xarab, çürük, irin. Eyni zamanda söz bir sıra
məqamlarda feil kimi çıxış edir: şübhələnmək, duymaq, hiss
etmək. Ancaq tibb sahəsində dialekt sözün yalnız “irin” mənası
terminləşmişdir [151,s.505], [187,s.190]. Yaxud salaca sözü
Ağdam, Gədəbəydə “tabut” deməkdir. Sözə eyni anlamda
“Tibbi terminoloji lüğət”də də rast gəlmək mümkündür
[151,s.470], [187,s.176].
Bəzən dilin daxili imkanlarının məhdudluğu səbəbindən
mövcud olan sözün mənası genişlənir və söz yeni, əlavə məna
qazanır. Məsələn, sağrı sözü Qazaxda “xəncərin qınına çəkilən
dəri” deməkdir. Tibdə isə bu söz “yaranı bağlamaq üçün
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
68
istifadə olunan vasitə” anlamını verir [151,s.468],[187,s.176].
DLT-da bu söz “dəri, hər şeyin dərisi” anlamında qeyd olunub.
Buradan alınaraq “yer sağrısı” ifadəsi deyilir ki, bu da “yer
üzü, yer qabığı” deməkdir. “Kışı sağrısı yüz= insanın dərisi
üzüdür.” Çünki üz istiyə-soyuğa düşdüyü üçün daha sərt olur
[64,430, I, 417-26]. Qeyd olunan sözlərdə funksiya baxımdan
məna əlaqələrinin olması anlayış əlaqələrinə səbəb olmuşdur.
Bu baxımdan sağrı sözünün termin mənası çoxmənalılıq
əsasında formalaşmışdır.
Söz funksiya baxımından oxşarlıq əsasında semantic məna
genişlənməsi prosesi nəticəsində terminləşmişdir. Beləliklə,
aydın olur ki, sözün əvvəlki mənasına yeni mənanın əlavə
olunması onu məhdud dairədən kənara çıxarır və termin kimi
formalaşmasına zəmin yaradır. Əşya və hadisəni adlandırmaq
üçün müxtəlif üsullardan istifadə edilir ki, bunlardan biri də
sözün yeni məna qazanaraq dildə yeni vahidə çevrilməsidir.
A.Cəfərova yazır: “Dilin leksik fondunda olan sözlərin
semantikasında məna dəyişikliyinə əsaslanan bu üsul termin
yaradıcılığında da geniş yayılmışdır. Terminlərin semantik
aspektdə öyrənilməsi, o cümlədən terminlərdə məna
dəyişmələri, terminoloji mənaların tiplərinin müəyyənləşməsi
sahəsində onların semantik metodla tədqiqi sahəsində son illər
dilçilik elmində zəngin təcrübə toplanılmışdır” [18,s.45].
Azərbaycan dilində xalq təbabəti terminləri əksər hallarda dilin
öz daxili imkanları hesabına yaranmışdır və bu proses indinin
özündə də davam edir, məsələn: zahı sözü Gədəbəy, Tovuzda
“təzə doğmuş (qırxı çıxanadək) qadın, heyvan” deməkdir. Eyni
anlamda
bu
söz
kliniki
termin
kimi
işlənir
|