Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
61
lar bölgəsində, əzyən isə Ağdamda “yabanı, tikanlı bitki” növü
mənasında işlənir. Sözün yalnız əzyən variantı botanika elmi
üzrə terminləşmişdir [151,s.181],[159,s.198]. Yaxud, murğuz
sözü Kürdəmir, Mingəçevir, Ucar, Zərdab bölgələrində
“qarğıyabənzər bitki” mənasında işləkdir [151,s.403]. Sözün
murquz variantı Ağdaş, Cəbrayılda eyni anlamda işləkdir
[150,s.363] “Botanika terminləri lüğəti”ndə isə murğuz variantı
qeyd
olunur
[159,s.208].
Göründüyü
kimi,
termin
yaradıcılığında dialekt fərqlərini müşahidə etmək olur, bu da
bu və ya digər anlayışın müxtəlif ərazidə fərqli formada ifadəsi
ilə bağlıdır. Qeyd olunan dialekt sözləri zoologiya sahəsi üzrə
termin kimi çıxış edirlər. Belə ki, sözün termin kimi qəbul
olunması üçün iki şərt əsas götürülür. Əvvəla, terminləşən söz
kontekst daxilində yaranaraq definitiv mənaya malik olmalıdır.
Daha sonra müvafiq elmi sahədə xüsusi söz kimi qəbul
olunmalıdır. İşlənmə dairəsi genişləndikcə o, müəyyən sahə
terminologiyasında möhkəmlənərək müvafiq terminoloji
lüğətlərdə əks olunmalıdır.
Terminləşmə
prosesində
dialekt
sözlərin
fonetik
variasiyaları ilə yanaşı, onların semantik tutumu da diqqət cəlb
edir. Belə ki, bəzən eyni dialekt sözə müxtəlif ərazilərdə müx-
təlif mənalarda rast gəlinir. Amma məna variasiyalarına
baxmayaraq, dildə yalnız bir məna xüsusiləşir. Məsələn, dişə
sözü Salyanda “cücərti”, Kürdəmirdə “qamış növü”, Ağdamda
“doğranmamış”(yarpaq)
mənasını
bildirir
[151,s.146].
“Botanika terminləri lüğəti”ndə sözün yalnız Ağdamda işlənən
mənasına rast gəlirik [159,s.197]. Yaxud da balba sözü Oğuz,
Şəki, Zaqatalada “yeyilən yabanı bitki”, Qax, Şəki, Zaqatala
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
62
bölgələrində isə “müxtəlif pencər, göyərti, yağ, düyü və
sairədən hazırlanan xörək” deməkdir [151,s.30]. Botanika
sahəsində sözün yabanı bitki mənası xüsusiləşərək terminləş-
mişdir [159,s.189].
Terminləşmə prosesi mürəkkəb prosesdir. Fikrimizcə,
termin yaradıcılığında ən çox dilin daxili imkanlarından
istifadə olunmalı, xalq dilində olan zəngin lüğət ehtiyatına mü-
raciət edilməlidir. V.Dall yazır: “...hərgah biz hissə qapılaraq
öz əlimizlə xalq dili kimi qüdrətli bir mənbəni məhv etsək,
böyük bir quraqlıqla üz-üzə gələrik. Öz doğma dilimizi başqa
köklərdən qida alan peyvənd budaqlar kimi yabancı şivələrlə
becərməyə və qidalanmağa məcbur olarıq. O zaman bizim
özümüzə aid heç bir şeyimiz, hətta öz dilimiz və öz sözümüz
də qalmaz” [110,s.26].
Zoologiya elminin terminoloji leksikasının inkişafında
dialekt sözlərinin terminləşməsi xüsusi olaraq diqqəti cəlb edir.
Çünki ovçuluq, maldarlıq, balıqçılıq qədim zamanlarda
əhalinin başlıca məşğuliyyətləri olub. Buna sübut olaraq,
dialekt və şivələrdə çoxlu sayda terminləşmiş heyvan, quş,
balıq adlarına rast gəlirik. Nəşr olunan lüğətlərdə xalq dilindən
qaynaqlanan bu tip xeyli sayda terminlər vardır ki, onlardan bir
qrupu fərqli mənada xüsusiləşmişdir. Bu zaman dialekt
sözlərdə semantik derivasiya baş verir, yəni söz əvvəlki
mənadan tam fərqli məna ifadə edir, məsələn: tikan Lənkəranda
“tıx, balığın xırda sümükləri” mənasında işlənir [151,s.567].
Zoologiya sahəsində də sözə eyni anlamda rast gəlinir
[196,s.218]. Tikan sözünün DLT-da tikan//tikən variasiyaları
qeyd olunub: tikən tonığ ildi= tikan paltara ilişdi
|