Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
71
elmi sahəsində yeni kəşflərin edilməsi, yeni xəstəliklər və
dərman adlarının elmə gətirilməsi nəticədə bu sahənin də
inkişafına səbəb olmuşdur. İnkişafın nəticəsi olaraq yeni an-
layış və terminlər yaranmışdır. Araşdırmalar göstərir ki,
dialektlər hesabına yaranan heyvandarlıq terminləri xeyli
saydadır, məsələn: maça “qoyunun dal ayağının bükündən
aşağı hissə” mənasında termindir [172,s.57]. Salyanda bu söz
iki mənada “qatır və qoyunun qol əti”; Zəngilanda isə
“qoyunun [və ya keçinin boğazından sallanan] bir cüt vəzi”
kimi işləkdir [150,s.341]. Yaxud, ağıl sözü “qoyun, quzu
saxlamaq üçün qamışdan, çubuqdan dairəvi hörülən yer”
deməkdir və bu mənada heyvandarlıq terminidir [172,s.9]. Bal-
akən, Biləsuvar, Cəbrayıl, Şirvan, Şəki, Zəngilan zonalarında
“yayda mal-qara saxlamaq üçün ətrafı hasarlanmış, üstü açıq
yer”, Şirvanda “qışlaqda qoyunlar üçün qamışdan tikilmiş yer”,
Şəkidə “tövlə” [150,s.14] mənalarında işlək olan bu sözə
“Azərbaycan dilinin izahlı lüğəti”ndə də oxşar mənada-
“içərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya
ağac ilə hasarlanmış üstüaçıq yer” qeyd olunur [152,s.59]. Sözə
KDQ-da da rast gəlmək mümkündür, burada söz “qoyun, qoç
saxlamaq üçün yer” anlamında işlənmişdir: Arqasına urub,
bərk ağılın ardın sökən. Ağılın qapısını bərkitdi [183,s.10].
Beləliklə, sözün tarixi inkişafına nəzər saldıqda aydın olur ki,
qədim türk sözü olan ağıl ilkin mənasını qoruyaraq müasir
dövrdə də eyni anlamda işlənməklə yanaşı, heyvandarlıq sahəsi
üzrə termin kimi formalaşmışdır.
Kənd təsərrüfatı terminologiyasında söz yaradıcılığı ədəbi
dilin söz yaradıcılığı sisteminə əsaslanır. Ə.Həsənova yazır:
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
72
“Termin yaradıcılığı ümumi ədəbi dilə məxsus söz yaradıcılığı
sistemini formalaşdırır, daha doğrusu, həmin model və
vasitələri terminoloji leksikanın əsas tələblərinə və
funksiyalarına tabe edir” [33,s.39]. Kənd təsərrüfatı
terminologiyasını əks etdirən lüğətlərə nəzər saldıqda aydın
olur ki, lüğətlərdə bu sahədə tətbiq olunan alət və vasitələrin
adını bildirən xeyli sayda terminlər vardır. Çünki kənd
terminologiyasının
inkişafı
həm
Azərbaycanda
kənd
təsərrüfatının tarixi, həm də bu sahədə işlək olan texnikanın
tətbiqi ilə sıx bağlıdır. Məsələn, kərənti sözü dialektdə
“dəryaz” mənasında işlənir. Bu sözə Culfa, Çəmbərək,
Gədəbəy, Gəncə, Goranboy, Qazax, Naxçıvan, Ordubad,
Şəmkir, Şərur, Tovuz bölgələrinin leksikasında eyni anlamda
rast gəlmək mümkündür [151,s.277]. Sözün kələntə variantı isə
Cəbrayıl, Culfa, Ordubad, Ucar bölgələrində işləkdir. Sözün
kərənti forması “dəryaz” mənasında heyvandarlıq sahəsində
termindir [151,s.273], [172,s.9].
Azərbaycan kənd təsərrüfatı terminlərinin digər sahələrin
terminlərindən fərqləndirən cəhətlərindən biri bu terminlərin
xəlqiliyidir. “Vaxtilə xalq dilində ayrı-ayrı dialekt və şi-
vələrində işlənən yüzlərcə söz zaman keçdikcə xüsusiləşərək,
kənd təsərrüfatının spesifik terminləri kimi formalaşmışdır”
[33,s.5]. Məsələn, baytal sözü heyvandarlıq termini kimi
“ilxıçı, mal həkimi, baytar” deməkdir. Qubada bu söz “iki yaşlı
madyan” mənasında işlənir [172,s.14],[150,s.44]. “Türk
dillərinin etimoloji lüğəti”ndə sözə “madyan, iki yaşlı madyan”
mənasında rast gəlinir. “Türk ləhcələrinin sözlüyü” lüğətində
sözün baytasın forması da eyni mənada qeyd olunmuşdur. Sözə
|