Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
87
Goranboy rayonu taxıl istehsalı üzrə ixtisaslaşmışdır. İqtisadi
rayonda, həmçinin bostançılıq, tərəvəzçilik, meyvəçilik və
heyvandarlıq sahələri inkişaf etmişdir. Bu sahə üzrə rast
gəldiyimiz bir sıra termin səciyyəli sözlərə misal olaraq, cüjü
(Tovuz) - hanada ipləri tənzimləyən ağac [150,s.83], çin
(Bərdə, Cəbrayıl) - xalça, gəbə üçün əyrilmiş ip [151,s.104],
hajbəribax (Bərdə, Goranboy) - ipək parça növü [151, s.211]
və s;
Yuxarı Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsasını
kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatının başlıca sahələri
üzümçülük, taxılçılıq, meyvəçilik, pambıqçılıq və tü-
tünçülükdür. Regionda, həmçinin meyvə, kartof, bostan-
tərəvəz məhsulları becərilir. Burada barama saxlanması üçün
geniş sahələrdə tut bağları salınmışdır. Üzümün məh-
suldarlığına görə iqtisadi rayon xüsusilə seçilir. İqtisadi
rayonda heyvandarlıq, əsasən, ətlik-südlük, yüksək dağlıq
sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdir.
Ərazidə bu sahələr üzrə xeyli sayda termin səciyyəli sözlər
vardır. Məsələn, dəmiri (Ağdam) - üzüm növü [151,s.132],
dizmari (Ağdam, Ordubad) - qurudulmuş üzüm, kişmiş
[151,s.147]; irəxansilə (Ağdam) – üzüm növlərindən birinin
adı [151,s.259], mərəndə (Ağdam, Füzuli) - üzüm növü
[150,s.352], hazari (Ağdam, Tərtər) – üzüm növü [151, s.215]
və s.
Naxçıvan MR inkişafda olan çoxsahəli sənaye və aqrar-
sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı
məhsullarının emalı xüsusi yer tutur. Burada elektronika, metal
emalı, yüngül, tikinti materialları sənayesi var. Həmçinin bura
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
88
kənd təsərrüfatı, əsasən, üzümçülük, tütünçülük və bağçılıq
sahəsi üzrə ixtisaslaşmışdır. Məsələn, güzdəx' (Ordubad) –
payız yunu [150,s.191]; qarasərmə (Naxçıvan) – üzüm növü
adı [150,s.281], qarçin (Ordubad) – çarpayının yanındakı
divara vurmaq üçün ipək və ya iplikdən toxunmuş parça
[150,s.282], alanayi (Ordubad) - şaftalı növü adı [150,s.20],
astamat (Ordubad) – tütün növü adı [150,s.27], əsgərani
(Culfa) - üzüm növünün adı [151,s.177], hüseyni (Culfa) -
üzüm növü [151,s.233] və s.
Beləliklə, terminologiyamızda geniş yayılmış, sahə
terminologiyasının baza anlayışlarının adlandırılması üçün
daha çox istifadə olunan üsul dilin öz sözlərinin terminə
çevrilməsidir. Bu üsul terminləşmə (transpozisiya) adlanır.
E.M.Qalkina-Fedoruk yazır: “Biz o sözü termin adlandırırıq ki,
ona elm, texnika və incəsənət sahəsində tam şəkildə
müəyyənləşmiş hər hansı bir anlayış müvafiq gəlir”
[109,s.117]. Çünki terminləşmə prosesində dildə işlənən söz
elmi anlayışı ifadə edən termin funksiyasını qazanır. Müxtəlif
elm sahələrinin formalaşması dövründə dilin öz lüğət
tərkibində olan sözlərin terminləşməsinə üstünlük verilmişdir.
Terminləşmənin geniş yayılmasını şərtləndirən başqa bir cəhət
elmlərin tədqiqat obyektinə cəlb edilən hadisə və predmetlərin
insanı əhatə edən obyektin gerçəklikdə mövcudluğundan irəli
gəlir. Bu proses hər bir halda sözyaratma qanunlarına və dilin
qrammatikasına uyğun formada tənzimlənməlidir.
|