Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
94
Ümumişlək söz yeni məna qazanaraq hər hansı sahədə
terminləşdikdə
semantik
cəhətdən
yenidən
qurulur.
A.A.Potebnya sözün leksik mənasında olan ən xırda dəyişikliyi
sözün mahiyyəti üçün böyük anlam
kəsb etdiyini qeyd edir
[124,s.110]. Həqiqətən də milli dil imkanları əsasında termin
yaradıcılığı prosesində yeni anlayışlarla yanaşı yeni mənalı
sözlər yaranır. Bu baxımdan, P.Y.Kobrin və B.N.Qolovin,
İ.İ.Çirinov terminologiyanı ümumi leksika səviyyəsində
öyrənməyi vacib bilir, çünki bir çox terminlər həm ümumişlək,
həm də terminoloji səviyyədə çıxış edirlər [107,s.114]. Əgər bu
və ya digər söz ümumi ədəbi dildə müxtəlif mənaları ifadə edə
bilirsə, müəyyən terminoloji sistemə düşdükdə o, birmənalılıq
kəsb edir. Məsələn,
dəyər sözü ədəbi dildə “qiymət, baha”,
“qiymət,
əhəmiyyət, ləyaqət, keyfiyyət” mənalarında işləkdir.
İqtisadi sahədə bu söz “əmtəə istehsalına sərf edilən və bu
əmtəədə maddiləşən abstrakt əməyin müəyyən miqdarı”,
maliyyə termini kimi isə “hər hansı aktivin pul ilə ifadə
olunmuş qiyməti”, “istehsal olunmuş aktivin məcmusu
xərclərin özündə əhatə edən ödənilmiş və ya razılaşdırılmış
qiyməti” deməkdir [152,s.607], [147,s.87].
Göründüyü kimi,
sözün “qiymət” mənası terminləşmişdir. Yaxud da,
sirr sözü
“başqalarından gizli saxlanılan, başqalarına bildirilməyən,
deyilməyən, hamının bilməli olmadığı söz, iş”, “hələ
açılmamış, dərk edilməmiş, öyrənilməmiş
bir müəmma kimi
qalmış şey” mənalarında ümumişlək sözdür,
maliyyə sahəsində
isə “müəmma, başqalarından qorunan gizli məqamlar,
məlumatlar” mənasında termindir [155,s.126].
İstər hər hansı bir sözün, istərsə də terminin yaranması