Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə46/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   42   43   44   45   46   47   48   49   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
95 
prosesində söz, məna və anlayış məsələsi vacib 
məqamlardandır. Termin yaradıcılığı üçün əsas zəmin anlayışın 
yaranmasıdır. “Terminlər anlayışın birinci növbədə obyektiv 
gerçəkliyin təzahür formaları ilə məntiqi formada onların adları 
arasındakı 
münasibətidir” 
[85,s.74]. 
Anlayışın 
təkmilləşdirilməsi üçün mühüm vasitə anlayışın digər 
anlayışlarla münasibətidir. Burada digər mənaların əsas 
anlayışla ayrı-ayrılıqdakı münasibəti əsas rol oynayır. Bu 
baxımdan terminologiyanın inkişafı bu tip hadisələr üçün 
mühüm şərait yaradır. Belə ki, terminoloji leksikanın inkişafı 
nəinki terminoloji səviyyədə anlayış və həqiqət arasındakı 
münasibəti, eləcə də anlayışların özləri arasındakı münasibəti 
aydınlaşdırmağa 
imkan 
verir. 
Ümumişlək 
sözlərin 
terminləşməsi prosesi haqqında A.Bəşirova yazır: “1. Söz heç 
bir fonetik dəyişikliyə uğramadan yeni məzmunun ifadəsinə 
xidmət edir; 2. Sözün quruluşunda müəyyən dəyişiklik aparılır, 
ya da ki, söz digər bir sözə qoşulur və tamamilə yeni bir 
məfhumu bildirir [12,s.58]. Məsələn, sifariş sözü “bir şeyi 
hazırlamağı, yerinə yetirməyi və ya gətirməyi tapşırma, 
israrlama” mənalarında işlənir. Bu söz logistika sahəsində 
xüsusi məna qazanaraq “çatdırılma müddəti, çeşidi, ödəniş 
məbləğinin göstərilməsi ilə müəyyən malın və ya xidmətin 
təchiz edilməsi məqsədilə alıcının satıcıya verdiyi təklif” 
mənasında termindir. Bu termin vasitəsilə dilimizdə bir sıra 
yeni terminlər yaranmışdır: sifariş miqdarı, sifariş tezliyi, 
sifariş tələbi, sifariş nöqtəsi [188,s.194]. Yaxud da, ehtiyat 
sözü ümumişlək söz kimi “gələcəkdə lazım olacağə nəzərdə 
tutulub tədarük edilmiş, saxlanılmış şey” mənasşnda işlənir. 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
96 
Söz logistika sahəsində “təchizat zəncirində və ya onun bir 
hissəsində miqdar, məkan və ya qiymət parametrlərinə malik 
olan materiallar” mənasında terminləşmişdir. Bununla yanaşı, 
söz təkcə termin kimi işlənmir, eyni zamanda terminoloji 
leksikanın zənginləşməsində rol oynayır və bir sıra terminlərin 
yaranmasında iştirak edir, məsələn: ehtiyat güc, ehtiyat 
hissələri, ehtiyat məntəqəsi, ehtiyat səviyyəsi. [188,s.71]. Bu 
halda sifariş ehtiyat sözlərinin mənaca başqa leksik 
vahidlərlə birləşərək işlədilməsi onların məna birliyini pozmur. 
Beləliklə, aydın olur ki, sözün terminoloji leksikada öz 
yerini tapması üçün sözün mənasının dərinləşməsi və 
təkmilləşməsi əsas şərtlərindən sayılır. Yuxarıda göstərilən 
nümunələrdə terminlər anlayışın mahiyyətini tam dərk etmək 
və açmaq üçün onu digər anlayışlarla əlaqəsini dəqiqləşdirir. 
Bununla da anlayışla bağlı dərketmə daha da dərinləşdirmiş 
olur. Bir anlayışın digər anlayışla əlaqəsi təkcə onun mövcud, 
real anlayış əlaqələrini anlamağa deyil, eyni zamanda bu 
anlayışların sonrakı məna inkişaflarını istiqamətləndirməyə 
kömək edir. Bu isə öz növbəsində onu izah edir ki, məna və 
anlayışların sözlərdə əks olunması yalnız onların ayrı-ayrılıqda 
nə isə ifadə etməsini göstərmir. Bu hal onları ayırmaqla, 
fərqləndirməklə yanaşı, aralarında vahid, oxşar cəhətin 
olmasını da üzə çıxarır. “Yeni anlayışı əks etdirmək üçün dildə 
əvvəlcədən mövcud olan sözdən istifadə edilir. Lakin yeni 
anlayışı bildirmək üçün hansı sözdən istifadə olunması 
təsadüfü deyildir. Bu zaman sözün əvvəlki mənası ilə yeni 
anlayış arasında əvvəlki sözün təkcə səs tərkibi yox, mənası da 
iştirak edir” [93,s.196]. 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin