Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə40/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   36   37   38   39   40   41   42   43   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
83 
“Gədəbəydə arı tutmaq üçün qurğu, eyni zamanda, arı 
pətəyində qışa ehtiyat hissəsini qoruyub saxlamaq üçün 
dördkünc çərçivə” [151,s.229]; xorviçə “Zaqatalada arı beçəsi” 
[151,s.251]; kud “Qubada arı saxlanılan səbət” [151,s.290]; 
qalıb “Ordubadda arı səbəti” və s. [151,s.303]. 
Yuxarıda göstərilən sözlər müəyyən elmi sistemə aid 
olmaqdan daha çox, hər hansı bir əmək fəaliyyəti və ya 
məşğuliyyətə, kustar, xırda və iri istehsalata uyğun gəlir. Bu 
baxımdan onlar termin deyil, daha çox peşə-sənət sözlərinə aid 
edilirlər. Belə ki, terminlər üslubi baxımdan elmi üsluba, elmi 
dilə xas olan leksik vahidlərdir. Peşə-sənət sözləri isə üslubu 
baxımdan neytraldır. Çünki onlar elmi dünyagörüşü 
yaranmamışdan çox-çox əvvəl meydana gəlmiş, maddi 
mədəniyyət, məişət, gündəlik həyat ilə bağlı anlayışları ifadə 
edirlər. Halbuki terminlər elmi-texniki anlayışları ifadə edir və 
onlarda bir dinamiklik var. Yuxarıdakı sözlərdə isə dinamiklik 
deyil, daha çox nəsildən-nəslə keçmə prosesi müşahidə olunur. 
Bu baxımdan onlar yenə də termindən daha çox peşə-sənət 
sözlərinə yaxındırlar. Terminlər tam rəsmi səciyyəli olduğu 
halda, bu sözlər natamam rəsmidir. Nümunələrdəki sözlərin 
xüsusi mənası yalnız real şəkildə istifadə əsasında müəyyən 
olunur, halbuki terminin mənası təyin olunmalıdır. Bu sözlər 
müəyyən sahəyə aid olan müəyyən bir obyekti adlandıran və 
qismən təyin edən sözlərdir. Definisiya burada yoxdur. 
Nümunələrdəki sözlər tam mənası ilə xüsusi funksiya, elmi 
səciyyə daşımırlar və xalq təsərrüfatının ayrı-ayrı sahələrinə aid 
olan sözlər hesab olunurlar.s.Cəfərov yazır: “...xalq 
təsərrüfatının ayrı-ayrı sahələrinə aid olan sözlər öz mahiyyəti 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
84 
etibarilə peşə-sənət sözləri sayılır” [17,s.81]. Ən əsası, birinci 
qrup sözlərə xas olan müəyyən sahə terminologiyasında 
möhkəmlənmə və elmi lüğətlərdə yer alma kimi əlamətlərə bu 
qrup sözlərdə rast gəlinmir. Bu sözlər dialekt sözləri olmaqla 
yanaşı, peşə-sənət sözləri hesab olunurlar. Beləliklə, aydın olur 
ki, müasir Azərbaycan dilinin terminoloji leksikasında bir çox 
sözlər vardır ki, onlara yalnız Azərbaycan dilinin dialekt və 
şivələrində rast gəlinir. Bu tip sözlər ayrı-ayrı peşə və ixtisas 
sahələrinə aid olmaqla müxtəlif əşya, anlayış və ya iş 
prosesində istifadə olunan alət və ləvazimatları çox dəqiq, 
konkret izah edirlər. Azərbaycanın ərazisi müxtəlif iqlim 
qurşaqlarında yerləşdiyi üçün əlverişli coğrafi şəraitə malikdir. 
Bu isə əhalinin məşğuliyyətinə əsaslı təsir etmişdir. Rayon 
iqtisadiyyatı ilə terminlərin yayılma arealını müəyyən etmək, 
əslində, asan proses deyil, çünki ölkədə iqlim şəraiti bir çox 
ərazilərdə həm maldarlığın, həm əkinçiliyin məşğuliyyət sahəsi 
olmasına imkan verir. Eyni zamanda ölkədə çoxsaylı su 
qovşaqlarının olması balıqçılığın da bir çox ərazilərdə 
yayılmasına səbəb olmuşdur. Azərbaycanın yerləşdiyi coğrafi 
məkanın uyğunluğu burada kənd təsərrüfatının müxtəlif 
sahələrinin inkişafına zəmin yaradır. Məhz bu səbəbdən, 
heyvandarlığa aid terminologiyanın zənginləşməsində Qazax, 
Qarabağ və ya ümumilikdə qərb dialekti, bağçılığa aid 
terminologiyada Quba dialekti, balıqçılığa aid terminologiyada 
cənub dialekti, neft və qaz ilə bağlı terminologiyada Bakı, 
Abşeron dialektləri, ipəkçiliyə aid terminologiyada Şəki 
dialekti zəngin mənbə sayıla bilər. Buna görə də əhalinin məş-
ğuliyyətinin növündən asılı olaraq bölgələrdə xeyli sayda kənd 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin