Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
73
osmanlı, qırğız, xəzər ləhcələrində də “balaca madyan”
mənasında rast gəlinir [218,s.1429]. Beləliklə aydın olur ki, söz
qədim türk sözü kimi ilkin semantik yükünü saxlamaqla
yanaşı, bu gün heyvandarlıq sahəsində termin kimi işlənir.
Kənd təsərrüfatı terminologiyasının formalaşmasında
dialekt və şivələrdən səmərəli istifadə olunması xüsusi
əhəmiyyətə malikdir. “Xalq dili hər bir sahə, o cümlədən, kənd
təsərrüfatına aid terminologiya üçün əsas və həlledici rol
oynayır. Əgər biz kənd təsərrüfatı üzrə də terminoloji
sistemləri təkmilləşdirmək istəyiriksə, xalqın dilini, xalqın
dilindəki
zəngin
lüğət
ehtiyatını
toplamalı,
termin
yaradıcılığında ondan səmərəli istifadə etməliyik” [33,s.83].
Nümunələrdən göründüyü kimi, heyvandarlıq terminləri Azər-
baycanın qərb dialektlərində daha çox rast gəlinir. Bu, ərazinin
heyvandarlıq üçün əlverişli olması və əhalinin bu əmək
fəaliyyəti ilə daha sıx məşğul olması ilə bağlıdır.
Xalçaçılıq xalqın əsas məşğuliyyətlərindən biri olmaqla
yanaşı, onun tarixini, mədəniyyətini, dünyagörüşünü, həyat
tərzini birbaşa özündə cəmləşdirir. Bu səbəbdən xalçaçılıq
leksikası dilin öz imkanları əsasında yaranan sözlərlə
zəngindir. Respublikamızda xalça müxtəlif zonalarda, əsasən,
Quba, Şirvan, Qarabağ, Gəncə, Qazax, İsmayıllı və s. rayon-
larda və onun kəndlərində toxunur. Buna görə də, bu
bölgələrdə işlənən dialekt sözlərində xalçaçılıq sahəsi ilə bağlı
sözlərə daha çox rast gəlinir. Azərbaycan dilində xalçaçılıq lek-
sikasını araşdıran şəxslərdən biri də M.Ə.Abdullayeva ol-
muşdur. O yazır: “Xalçaçılıq leksikasında sözlərdən bir qrupu
başqa xalça terminləri ilə, digər bir qrupu isə ümumxalq dialekt
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
74
sözləri ilə çoxmənalılıq təşkil edir. Hər iki halda çoxmənalılıq
əşyanın xarici görkəminə görə oxşarlıq əsasında baş verir”
[4,s.87-88]. M.Ə.Abdullayevanın fikrinə görə, dialekt sözləri
termin sözləri ilə çoxmənalılıq təşkil edir. Belə ki,
çoxmənalılıq prosesində əsas cəhət sözlərin mənaları arasında
yaxın əlaqənin və anlayış eyniliyinin olmasıdır. Bu tip dialekt
sözlərinin terminləşməsi prosesində mənalar arasında əlaqə
bəzən var, bəzənsə yox. Anlayış ortaqlığı bəzən var, bəzən yox.
Məsələn: bafta dialekt sözü “güləbətin və ya ipək sapdan
toxunmuş qaytan” deməkdir [157,s.24]. Qazax bölgəsində söz
“əlvan parçadan paltara tikilən haşiyə”, “zərli parça adı”
mənalarında işləkdir [150,s.34]. “Azərbaycan dilinin izahlı
lüğəti”ndə isə fars sözü “güləbətin ipək sapdan toxunmuş qay-
tan” kimi qeyd olunur [167,s.199]. Nümunədən göründüyü
kimi, sözlərin hər ikisi parça və parçadan hazırlanmış məhsul
adıdır. Burada məna deyil, anlayış yaxınlığı var. Digər nü-
munədə isə bu hal fərqlidir. Belə ki, başaltı sözü Şimali
Azərbaycanda maldarlıqla məşğul olan tərəkəmələrin məişətdə
istifadə etdikləri “yastıq” deməkdir (daxilində qırxıntı və ya
yun doldurulan bu yastıq baş altına qoymaq üçün istifadə
edilir) [157,s.25]. Söz digər bir halda “pazlı dəzgahlarda üst
oxun başları altına qoyulan taxta” mənasında işlənir. Görün-
düyü kimi, sözün mənaları arasında əlaqə olsa da, ifadə
etdikləri anlayışlar arasında heç bir əlaqə yoxdur. Burada
dialekt sözünün çoxmənalılıq əsasında terminləşməsi prosesi
nəzərə çarpır.
|