Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
35
“Azərbaycan xalq
təbabəti terminləri”,
H.Əsgərovun
“Azərbaycan dilində zərgərlik terminləri” əsərləri xüsusilə
maraqlıdır [18, 21, 26, 27, 33, 73, 74].
Terminləşmə nəticəsində dialekt sözləri məhdud məhəlli
xarakterli sözdən elmi səciyyəli söz səviyyəsinə yüksəlir.
Terminoloji işdə hər hansı anlayış deyil, yalnız müəyyən ter-
minlə ifadə edilən, elm və texnikanın müvafiq sahəsinə daxil
olan anlayış əsas götürülür. S.Sadıqova yazır: “Termin
yaradılan zaman dialekt və şivələrdə termini daha dəqiq, konk-
ret ifadə edən sözlərə üstünlük verilməlidir. Anlayışın ifadəsi
üçün müxtəlif sözlərdən yalnız məfhumun mənasını düzgün,
tam şəkildə ifadə edəni seçilməlidir. Dialekt və şivələrdə
işlənən təsadüfi söz və ifadələr termin kimi işlədilməməlidir.
Bu zaman dialektlərdən götürülüb terminə çevrilən sözlərin bu
dildə müxtəlif məqamlarda işlənmə imkanı, termin 5yara-
dıcılığında rolu nəzərə alınmalıdır” [86,s.114]. Deməli, dialekt
sözlərin termin kimi işlənmə məqamlarına dildə həssas
yanaşmaq lazımdır. Hər cür dialekt sözünü elmi sahədə xü-
susiləşdirmək düzgün hesab olunmamalıdır. Eləcə də
anlayışları təmsil etməyən sözlərin termin adlandırılması
düzgün deyil. Çünki “termin elmin, texnikanın, incəsənətin an-
layışlarını, təbiət və cəmiyyətdə baş verən hadisələri, istehsal
proseslərini bir-birindən fərqləndirmək üçün onlara verilən
səciyyəvi addır” [88,s.268].
Beləliklə, terminlər elm, texnika, siyasət və mədəniyyətə
aid xüsusiləşmiş mənalı söz və ifadələr hesab olunduğu üçün
dildə işlənən hər hansı sözü terminologiyaya birbaşa daxil
etmək düzgün deyil. Belə ki, söz terminləşərkən onun əvvəlki
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
36
və sonrakı mənaları arasındakı əlaqələr dəyişir. Çünki
terminləşmə prosesində sözün anlayış əlaqələri pozulur, se-
mantikasında dəyişikliklər baş verir. İlk növbədə məna
xüsusiləşir. Söz terminləşdikdə termin-anlayış münasibəti təyin
edilir, mütləq formada müəyyən sahə terminologiyasına daxil
olur və definisiya əsasında təyin edən mənaya malik olur.
Məhz bu prinsiplərə əsaslanaraq terminoloji leksikaya daxil
etdiyimiz hər bir sözə diqqətlə yanaşmalıyıq. A.Qurbanov
yazır: “Dialekt və şivələrdən söz almaqda ciddi ehtiyatlılıq
tələb olunur. Çünki dialektlərdə işlənən hər sözü ədəbi dilə
gətirmək olmaz, əks təqdirdə, bu, ədəbi dili ağırlaşdırır, onun
inkişafına mənfi təsir göstərə bilər” [59,s.105]. Həqiqətən də,
dialektlərdə işlək olan hər bir sözü olduğu kimi ədəbi dilə
gətirmək olmaz. Dialekt sözləri də ədəbi dil normalarına tabe
olaraq işlədilməlidir. Dialektlərdə ədəbi dilə xas olmayan uzun,
qısa və burun saitləri işlənir. Eləcə də dialektlərdə ədəbi dilə
xas olmayan ƞ¸ (sağır n), dişarası z, qovuşuq dz, tz, eləcə də x'
və s. samitlər var. Səslərin mahiyyət etibarilə qalınlaşması,
incələşməsi, karlaşması, cingiltiləşməsi halları da dialektlər
üçün norma hesab olunur. Dialekt və şivələrdə rast gəlinən səs
əvəzlənməsi hadisələri həm ayrı-ayrı dialekt və şivələr, həm
dialektlərlə ədəbi dil arasında olan fərqli cəhətləri nümayiş
etdirir. Bu isə həm dilimizin qədim xüsusiyyətlərini meydana
çıxartmaq, həm də Azərbaycan dili ilə başqa türk dilləri ara-
sında oxşar və fərqli cəhətləri göstərmək üçün olduqca qiymətli
faktlar verir. F.de Sössür fonetik dəyişmələrin sərhədsizliyini
işarənin ixtiyariliyi ilə bağlayaraq qeyd edir: “Kimsə hər hansı
fonetik dəyişməni izah etmək istəsə, əmin olacaq ki, onlar
|