Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə12/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   8   9   10   11   12   13   14   15   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
27 
yanaşı, söz birləşməsi şəklində və tərkibi terminlərə də rast 
gəlinir. Sadə terminlər: cavab, xidmət, imkan, ünvan, vücud; 
düzəltmə terminlər: daşıyıcı, istifadəçi, izləmə, qovuşma, 
qaytarılma, sözçü, vasitəçi, sövdələşmə, yüklənmə, yükləyici
mürəkkəb 
terminlər: 
havatoplayıcı, 
özütuşlanan, 
özünüidarəetmə, satınalma, işəsalma; söz birləşməsi şəklində 
terminlər: özxərcini ödəmə, qəti qiymət, qoşa səhmlər, məlu-
matların vizualizasiyası, mənfi ismarıc, onlayn xidmət, yadda 
saxlama və s. 
Terminologiyanın təkmilləşməsi yollarından ən başlıcası 
müxtəlif sahələr üzrə terminoloji lüğətlərin yaradılmasıdır. 
Azərbaycan dilində elmi terminologiyanın yaradılmasında 
terminoloji lüğətlərin böyük rolu olmuşdur. Son dövrlər nəşr 
olunan ikidilli və çoxdilli terminoloji lüğətlər əksər hallarda 
beynəlxalq dil hesab olunan ingilis dili və milli dil əsasında 
qurulmuşdur. Müasir dövrdə nəşr olunan lüğətləri aşağıdakı 
kimi qruplaşdırmaq olar: 
1. İngilis dilinə məxsus terminlərin yalnız konkret qarşılığı 
göstərilən lüğətlər; 
2. İngilis dilində işlənən terminlərin konkret qarşılığı 
göstərilməklə bərabər, onların qısa izahı da verilən lüğətlər;
Bu tip lüğətləri ikidilli izahlı lüğətlər də adlandırmaq olar. 
“Müxtəlif sahələr üzrə nəşr olunmuş terminoloji lüğətlərin əsas 
hissəsini, əsasən keçən əsrin 50-60-cı illərindən sonrakı 
lüğətlər təşkil edir. Hazırda isə həmin lüğətlər daha da tək-
milləşdirilmiş formada nəşr olunur” [3,s.25]. Son dövrlər 
Terminologiya 
Komissiyasının 
qərarı 
ilə 
T.Xəlilova 
“Azərbaycan dilində izahlı inşaat terminləri lüğəti”, 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
28 
Q.Məşədiyev, N.Seyidəliyev “İzahlı onomastik terminlər 
lüğəti”, A.Q.Ağayev “Maliyyə terminlərinin izahlı lüğəti”, 
“İzahlı iqtisadi terminlər lüğəti” II cilddə, Q.Məhərrəmli 
“Mediada işlənən alınma terminlərin izahlı lüğəti”, 
“Jurnalistika terminləri lüğəti”, Q.Əliyev, A.Rüstəmova 
“İzahlı diplomatiya terminləri lüğəti”, N.Əliyeva, R.Şərifov, 
C.Əhmədov “İnformatika terminlərinin izahlı lüğəti”, 
R.Sədirxanov, R.Həsənov “Bank-maliyyə terminlərinin izahlı 
lüğəti”, R.Məmmədli “İngiliscə-azərbaycanca izahlı kompüter 
terminləri lüğəti”, S.N.Alimetov, N.B.Məmmədli, Ş.S.İbrahi-
mova, A.S.Alimetov “Tibb terminləri və klinik simptomlar 
lüğəti”, “İnşaat terminləri lüğəti (ingiliscə-rusca-azər-
baycanca)” 
(tərtibçilər: 
İ.H.Bəhərçinov, 
Ş.H.Həsənov, 
N.M.Qaraisayev, Ş.H.Xəlilli), A.İsmayılov “Kütləvi informasi-
ya vasitələrində işlənən terminlər lüğəti”, “Logistika ter-
minlərinin izahlı lüğət”i (redaktor: akademik A.Paşayev;
tərtibçilər: Elman Nəcəfov, Ənvər Həzərxanov, Azər Qur-
banov, Heydər Turabov, Məlahət Mənsimli, Emin Qasımov, 
Könül Hüseynova, Polad İsmayılov), S.Sadıqova , S.Quliyeva 
“İzahlı terminlər lüğəti”, İsmayıl Calallı “İnformatika termin-
lərinin izahlı lüğəti” nəşr olunmuşdur. 
Son dövrlər nəşr olunan ikidilli lüğətlər sırasında 
“İngiliscə-azərbaycanca izahlı kompüter terminləri lüğəti” 
diqqətə layiqdir. Lüğətdə internet, kompüter və informasiya
kommunikasiya, texnologiya sahəsində ən çox işlədilən söz, 
ifadə və xüsusi terminlərin ingiliscə açılışı və azərbaycanca 
qarşılığı verilir. 8300-dən çox sözdən ibarət olan bu lüğətə ilk 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin