Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
25
türkcəsindən yeni söz və ifadələrin alınması diqqəti daha çox
çəkməkdədir. “90-cı illərdən sonra Türkiyə Respublikası ilə
əlaqələrin genişlənməsi, gediş-gəlişin intensivliyi, Türkiyə
televiziya kanallarının Azərbaycanda geniş yayımı türk
sözlərinin dilimizə keçməsinə səbəb olmuşdur” [66,s.96]. Bu
alınmalar Türkiyə və Azərbaycan türkcələrində yeni yaranan
sosiolinqvistik şərtlərə əsaslanır: xüsusi-özəl, iclas-toplantı,
mənbə-qaynaq, hadisə-olay, nəşr-yayım//yayın, müasir-çağdaş,
dövr-dönəm və s. Yeni-yeni anlayışlar meydana gəlib inkişaf
etdikcə mövcud terminologiyada da dəyişikliklərin olması
təbiidir və bu prosesin qarşısını almaq mümkün deyil. “Türkiyə
türkcəsində -sal, -səl şəkilçisi vasitəsilə sözyaratma
nümunələrinin bəzilərinə bizim dildə də rast gəlinir. Həmin
dildə işlənən kumsal, rakamsal leksik vahidlərinin qarşılığı
olaraq milli dildə qumsal, rəqəmsal sözləri işlənir. Hətta
rəqəmsal sözü dildə termin yaradıcılığı prosesində iştirak etmiş
və onun əsnasında rəqəmsal imza, rəqəmsal video texniki ter-
minləri yaranmışdır. “Terminlər sistemində millilik prinsipinin
pozulması
tez-tez
təsadüf
olunur.
Türk
dillərinin
əksəriyyətində, o cümlədən, Türkiyə türkcəsində millilik daha
qabarıq görünür” [66,s.153]. Beləliklə, qohum xalqların dil
təcrübəsindən istifadə etmək termin və terminologiya
problemlərinin inkişaf etdirilməsində xüsusi əhəmiyyət kəsb
edə bilər.
Yeni sözlərin, terminlərin işləklik qazanmasında,
cəmiyyətə çatdırılmasında mətbuatın rolu danılmazdır. Müasir
mətbuatda terminlərin bir çoxu Avropa dillərində olduğu kimi
işlənir, bir qismi isə dilimizə tərcümə edilir. Azərbaycan
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
26
dövlətinin
əldə
etdiyi
müstəqillik
bizim
dünyaya
inteqrasiyamızı sürətləndirdiyi üçün son illərdə dilimizə çoxlu
alınma terminlər keçmişdir, məsələn: infrastruktur, qrant,
treninq, telekommunikasiya, multikultirializm, trans, tempus,
lizinq və s.
“Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər
hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur
müəssisəsi istifadəyə verilmişdir.” “Fermer və sahibkarlar
güzəştli şərtlərlə kredit toxum, “Aqrolizinq” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan
gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına ma-
likdir. (Respublika 19 aprel, 2015-ci il №082 (5243) səh.1) “
Avropa standartları çərçivəsində təhsil sahəsində təcrübə
mübadiləsi, təhsil sistemlərinin təkmilləşdirilməsi, peşəkarlıq
treninqleri, xaricdə təhsil və digər mühüm islahatları əhatə
edir”. (Elm, 23 yanvar 2015-ci il, №02(1119)
Terminlərin çox işlək olması onların ümumişlək vahidə
çevrilməsinə səbəb olur. Məsələn: kredit, bank, bankomat,
kreditor, biznes; Bu proses ictimai-siyasi terminologiyada daha
çox müşahidə olunur. Terminin determinləşməsi onun dilin
müxtəlif üslublarında işlənərək ümumişlək söz funksiyasını
yerinə yetirməsinə səbəb olur. Belə prosesi keçən terminlər
ümumişlək sözə çevrilərək dili zənginləşdirən vasitə olurlar.
“İlk baxışda sırf termin kimi nəzərə dəyən texniki leksikanın
qısa müddətdə ümumişlək sözlərə çevrilməsi buna əyani
sübutdur” [7,s.118].
Müasir Azərbaycan dilində terminlər quruluşlarına görə
müxtəlifdir. Dilimizdə sadə, düzəltmə, mürəkkəb terminlərlə
|