Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə14/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   10   11   12   13   14   15   16   17   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
31 
Elmin bir çox sahələrinin sistemli şəkildə araşdırılması 
respublikamızda elmin inkişafına təkan vermişdir. Bu 
inkişafla bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan 
tədqiqatçıların araşdırmaları dil bazasının genişlənməsinə, 
yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Bunu 
nəzərə alaraq elmin bütün sahələrində çalışan tədqiqatçıların 
qarşılaşdıqları 
çətinlikləri 
aradan 
qaldırmaq, 
zəruri 
ehtiyaclarını təmin etmək məqsədilə elmi bazanı özündə əks 
etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanması zərurəti 
yaranmışdır.
Termin elm, texnika, iqtisadiyyat və mədəniyyət sahəsində 
dəqiqləşmiş anlayışları adlandıran, izah edən, definitiv 
funksiyaya malik olan sözdür. Termin dəqiq olmaqla bərabər
həm də qısa olmalıdır. Terminin qısalığı onun asan 
mənimsənilməsi, yadda yaxşı saxlanılması üçün əsas şərtdir. 
Sözün termin kimi formalaşması çoxmərhələli prosesin 
nəticəsidir. Belə ki, terminin yaranması üçün ilk növbədə 
anlayış mövcud olmalı və bu anlayışı ifadə edən söz onun 
əlamətlərini dəqiq ifadə etməli, definitiv mənaya malik ol-
malıdır. İkinci mərhələdə termin-sözün əlavə mənaları 
kənarlaşdırılır, onun işləklik səviyyəsi müəyyənləşdirilir. 
Üçüncü mərhələ unifikasiya, standartlaşma və kodifikasiyadır. 
Bu zaman termin-söz üçün ən uyğun forma seçilir və o, elmi 
lüğətlərdə yer alır. Beləliklə, terminologiyada termin 
yaradıcılığı mütəxəssislərin fəaliyyəti nəticəsində tənzimlənir 
və inkişaf edir.


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
32 
1.2. Elmi terminoloji leksikanın inkişafında dialekt 
sözlərinin rolu 
 
Müasir dövrdə ayrı-ayrı dillərin inkişafının əsas mənzərəsi 
ən çox terminologiyada əks olunur. Ona görə ki, dilin lüğət 
tərkibində meydana gələn yeni sözlərin əksəriyyətini terminlər 
təşkil edir. Azərbaycan dilində də belədir. Terminoloji leksika 
dilin ümumişlək leksikasından fərqli olaraq özünəməxsus 
spesifik inkişaf xüsusiyyətləri ilə fərqlənir. Terminlərin 
yaranmasının əsasında dilin öz sözlərinin semantik baxımdan 
terminləşməsi, terminalma, beynəlmiləlləşmə, digər dillərdən 
birbaşa götürmə, təbii və texniki elmlər terminlərinin 
modifikasiyası, 
qrammatik 
üsullarla 
terminyaratma, 
abreviasiya və s. durur.
Termin yaradıcılığı üçün əsas zəmin anlayışın 
yaranmasıdır. Anlayışın təkmilləşdirilməsi üçün mühüm vasitə 
anlayışın digər anlayışlarla münasibətidir. Burada digər məna-
ların əsas anlayışla ayrı-ayrılıqda münasibəti əsas rol oynayır. 
Bu baxımdan, terminologiyanın inkişafı bu tip hadisələr üçün 
mühüm şərait yaradır. Belə ki, terminoloji leksikanın inkişafı 
nəinki terminoloji səviyyədə söz və anlayış arasındakı 
münasibəti, eləcə də anlayışların özləri arasındakı münasibəti 
aydınlaşdırmağa imkan verir. Sözün terminoloji leksikada 
yerini tapması üçün anlayışın olması və onu ifadə edən sözün 
mənasının semantik inkişafı və təkmilləşməsi əsas şərtlərdən 
sayılır. Məsələn, söz anlayışın mahiyyətini tam dərk etmək və 
açmaq üçün onu digər anlayışlarla əlaqəsini dəqiqləşdirir 
(fonem, morfem və s.) Beləliklə, söz anlayışla bağlı dərketməni 
daha da dərinləşdirmiş olur. Bir anlayışın digər anlayışla 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin