Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə10/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   6   7   8   9   10   11   12   13   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
23 
düzəltmə və mürəkkəb konstruksiyalı vahidlərdən ibarətdir. 
Mənbə dildə istər sadə, istərsə də düzəltmə, yaxud mürəkkəb 
quruluşlu terminlər Azərbaycan dilinə sadə leksik vahidlər 
kimi daxil olur. 
Terminologiyanın təkmilləşdirilməsi prosesində ayrı-ayrı 
terminlərin qarşılığı dəqiqləşdirilməli, dilimizin söz yaradıcılığı 
modelinə uyğun gəlməyən terminlər yeni söz ilə əvəz 
edilməlidir. Alınma və dilin özünəməxsus sözlərinin paralel 
işlənməsi terminlərdə sinonimlik hadisəsinin yaranmasına 
səbəb olur. Əslində, bu proses sinonimlik yox, paralellik kimi 
izah olunur. Çünki sinonimlər dildə bərabərhüquqlu işlənir, biri 
digərini sıxışdırıb çıxarmır. Terminoloji sahədə işlənən 
paralellərdə isə bu proses nisbətən fərqlidir və tədricən daha 
çox işlək olan variantlar dildə sabitləşir. Məsələn, kompüter  
bilgisayar terminləri eyni anlayışı ifadə edirdilər. Ancaq 
müasir dildə məhz kompüter sözü elmi termin kimi sabitləşdi. 
Terminologiyada bu proses anlayışın mahiyyətini əks etdirən 
terminin tam formalaşmasına qədər davam edir. Belə ki, 
nəticədə hansı terminin işlənmə tezliyi dildə artırsa, terminoloji 
leksikada o yer alır. Dildə asan qavranılan anlayışları dəqiq 
ifadə edən termin varsa, başqa sinonimləri işlətmək dildə 
ağırlığa və dolaşıqlığa səbəb olur. “Yersiz işlənən hər bir leksik 
ünsür daxil olduğu dilin inkişafına maneçilik törədib, onun mil-
li ahəngini poza bilir. Odur ki, əcnəbi dillərdən termin 
götürərkən onu dilimizin qayda-qanunlarına tam uyğunlaşdırıb 
işlətmək üsulunu ön plana çəkmək lazımdır” [55,s.75]. 
Bütün deyilənləri ümumiləşdirsək, müasir Azərbaycan 
dilinin terminoloji leksikasının inkişaf istiqamətləri dilin daxili 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
24 
imkanları, eləcə də alınmalar olmaqla iki yerə bö-
lünür.S.A.Sadıqova Azərbaycan dilinin terminoloji leksikasını 
yalnız termin kimi işlənənlər və həm ümumişlək söz, həm də 
termin kimi işlənənlər olmaqla iki qrupa ayırır. [85,s.117] 
Demək, müasir Azərbaycan dilində terminoloji leksikanı 
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Həm ümumişlək, həm termin kimi işlənən sözlər: 
tələbat, uyğunlaşma, yüklənmə, yükləyici, yazı; 
2. Yalnız termin kimi işlənən sözlər: admin, adarme, 
autizm, dilinq, domen, sloqan; 
a. Bir neçə sahə üzrə xüsusiləşmiş terminlər: relaksasiya, 
qroteks, fiksiya, breyk, kastinq; 
b. Yalnız bir sahə üzrə xüsusiləşmiş terminlər: ağdiş, bayt, 
baybek, kiker, printer; 
c. Müəyyən elmi sahə üzrə bir neçə məna ifadə edən 
terminlər: rekvizisiya, rekuperasiya, reqres, adapter, diler,
banner, deqradasiya, diskont, inteqrator, kart. 
Müasir dövrdə nəşr olunan qəzet və jurnallarda daha çox 
Avropa mənşəli terminlər işlənsə də, türk mənşəli terminlərin 
işlədilməsinə də meyl güclənmişdir. Hətta bir çox alınma 
terminlərin milli dildə qarşılığı yaranmış və işləklik 
qazanmışdır. S.Sadıqova yazır: “Bu dövrdə yaranmış texniki 
anlayışları bildirən tıxac, sıxac, bağlanc, süzgəc, üzlük, yo-
rğunluq, kövrəklik, çəkisizlik kimi terminlər dildə işləklik 
qazanmışdır” [88,s.5]. 90-cı illərdə publisistik üslubun lüğət 
tərkibini səciyyələndirən mühüm cəhətlərdən biri də mətbuata 
xeyli miqdarda türk sözlərinin axınıdır, məsələn: olay, gündəm, 
ilgi, sonuc, özəl, yatırım, bəstəçi və s. Son dövrlər Türkiyə 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin