Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
30
biri də terminlərin böyük bir qisminin ana dilində işlənən
qarşılıqları ilə verilməsidir. Lüğətdə terminlər əlifba sırası ilə
düzülmüş və izahı elə qurulmuşdur ki, təsnifat nəticəsində
onlar arasında yaranmış əlaqə itməsin [165].
Nəşriyyat təcrübəsində ilk nümunə olan izahlı lüğətlərdən
biri də “Kino,
televiziya, radio terminləri”dir. Kitabda kino,
televiziya, radio, video, həmçinin bu sahələrin sıx bağlı olduğu
informatika, sosiologiya, informasiya texnologiyaları və müasir
kommunikativ jurnalistika sistemində ən çox işlənən
terminlərin izahı verilmişdir [192].
Azərbaycan statistikasında ilk dəfə olaraq sistemli və
kompleks şəkildə hazırlanmış 2010-cu ildə nəşr olunan “İzahlı
statistika terminləri lüğəti”ndə bu sahə ilə bağlı 3768 anlayış və
onların izahları öz əksini tapmışdır [181].
Tərcümə prinsipi əsasında qurulmuş
ikidilli lüğətlərdən
biri də 2004-cü ildə K.M.Şərifovun müəllifliyi ilə nəşr olunan
“Rusca-azərbaycanca dəmiryol nəqliyyatı terminləri lüğəti”dir.
15000-dən çox termin və termin birləşmələrini əhatə edən bu
lüğətdə terminlərin Azərbaycan dilində dəqiq qarşılıqları
verilmiş, bəzi terminlərin tərcüməsi mümkün olmadıqda isə
onların dildəki sinonimləri qeyd olunmuşdur [210].
Kənd təsərrüfatının bir çox sahələrinə aid terminoloji
lüğətlər çap edilmişdir. Lakin arıçılığa dair terminoloji lüğətin
yaradılmasında heç bir təşəbbüs göstərilməmişdir. İlk dəfə
olaraq Q.Sultanlı 2010-cu ildə “Rusca-azərbaycanca arıçılıq
terminləri” lüğəti hazırlamışdır. Lüğətdə arıçılığa dair rus dilində
olan ədəbiyyatlarda işlədilən 4200-ə qədər termin və ifadələrin
ilk dəfə Azərbaycan dilində tərcüməsi verilmişdir [208].