Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə72/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   68   69   70   71   72   73   74   75   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
147 
dildə sözalma-terminalma prosesini aktivləşdirir. Azərbaycan 
dili sözalma prosesində birtərəfli iştirak etmir. Belə ki, sözalma 
prosesi təkcə yeni sözün və ya ifadənin dilə daxil olması ilə 
məhdudlaşmır, bəzən bu yeni sözlər dildə sonradan 
sözyaradıcılığı prosesində aktiv iştirak edir.
Bazar iqtisadiyyatına keçid, intellektual fəaliyyət 
sahələrinin yaranması və çoxalması, videotexnika, kompüter 
texnikasının inkişafı, internetin geniş vüsət alması, sosial-
psixoloji inkişaf yeni anlayış, məfhum, söz və terminlərin 
yaranmasına səbəb oldu. Kompüter sahəsində dilə daxil olan 
terminlər müxtəlifliyi, struktur və semantik baxımından diqqət 
cəlb edir: biokomputinq, bullit, kasqad, kursor, kiborq, 
deytafon, folqa, formant, fyuçers, qrafplotter, inisiator, meta-
teq, naviqator, spamer, splayn, reseller, repozitor; İnformatika 
sahəsinin inkişafı yeni-yeni ixtiraların meydana gəlməsi və 
müntəzəm olaraq onların ifadəsinin təkmilləşdirilməsi 
problemini irəli sürür. Linqvistik təhlillərə əsasən, bu sahədə 
digər elmi sahələrindən fərqli olaraq abreviatura tipli alınma 
terminlər üstünlük təşkil edir və onları aşağıdakı kimi 
qruplaşdırmaq olar: 1. Hərf şəklində ixtisarlar: VOC, SIG, SVD, 
ARJ, PDF, PİN, CD, DVD; Bu tip terminlərin əsas xüsusiyyəti 
onların mürəkkəb, yaxud söz birləşmələri şəklində terminlərin 
variantları kimi işlədilməsidir. 2. Hərf-rəqəm şəklində ix-
tisarlar: MP3, MP4; Rəqəm-hərf şəklində ixtisarlar: 3D, 2G, 
3M; 3. Hərf-söz şəklində ixtisarlar: e-text, e-tender, e-
kommersiya, m-kommersiya, I-Tron; Bu tip ixtisarlar son 
dövrlərdə informatika sahəsində daha çox yaranır. İxtisar 
şəklində terminlər elmi dilə sistemli şəkildə təsir edir və onu 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
148 
mövcud terminlərin qısaldılaraq əlverişli şəklə salınmasına xid-
mət edir. 
Mühəndislik və ticarətin inkişafı dilə holland və ingilis 
mənşəli sözlərin, texniki elmlərin inkişafı isə alman mənşəli 
terminlərin dilə daxil olmasına şərait yaratdı. Məsələn: fals, 
qaltel, kerner, piliqrim, gilza və s. Göründüyü kimi, 
Azərbaycan 
dilində 
terminoloji 
leksikanın 
inkişaf 
istiqamətlərindən biri də alınmalar hesabına baş verir. Elm və 
texnikanın inkişafı yeni proseslərin, yeni anlayışların 
yaranmasına səbəb olmuşdur. Sürətli inkişaf dildə yeni 
terminlərin axınına səbəb olur. Dilin ən dinamik və xarici 
təsirlərə həssas hissəsi leksikadır, belə ki dilin leksik sistemi 
texnologiya və nailiyyətlərin inkişafı ilə sıx bağlıdır. 
Ekstralinqvistik amillər də sözalma prosesinə güclü təsir edir. 
Dillərin qarşılıqlı əlaqələri həm dili zənginləşdirən yollardan 
biri kimi maraq kəsb edir, həm də ümumiyyətlə xalqların əlaqə 
və təsir dairəsini göstərir. Alınmalar zaman keçdikcə dilin 
müvafiq qaydalarına uyğunlaşaraq doğmalaşır, sözalan dilin öz 
sözləri və terminləri ilə qaynayıb-qarışır. Onlar uzun zaman 
müddətində fonetik dəyişikliyə uğramış, ahəng qanununun 
tələbləri 
əsasında 
dəyişərək 
tələffüz 
tərzinə 
görə 
azərbaycanlaşmış, hətta bəzən təkcə fonetik deyil, leksik–
semantik dəyişikliyə də məruz qalaraq əvvəlki mənalarından 
da uzaqlaşmışlar.
Müstəqillik illərində ölkəmizdə aparılan uğurlu islahatlar
quruculuq işləri, yüksək iqtisadi artım, milli inkişaf 
konsepsiyamızın davamlı həyata keçirilməsi Azərbaycan el-
minin inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirmişdir. Elm 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin