Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
162
haqqında yazılı şərh”,
siyasi sahədə isə “siyasi partiyanın,
ictimai təşkilatın proqram səviyyəli müraciəti” deməkdir. Söz
hal-hazırda “nəqliyyat vasitələri
tərəfindən müxtəlif təyinat
məntəqələrinə daşınan yüklərin bütün spesifikasiyalarını əks
etdirən sənəd” anlamında da işlənir.
Göründüyü kimi, sözlər zəruri ehtiyac nəticəsində dilə
daxil olmuşlar. Beləliklə,
termin alınması o zaman zəruri olur
ki, milli dilin lüğət tərkibində müvafiq məfhumu anlayışı ifadə
edən söz olmasın. Terminləri alınmasına səbəb, həmçinin
siyasi, politik əlaqələrin geniş yayılmasıdır. Azərbaycan dilinin
daxili imkanları əsasında bu dilin söz yaradıcılığı üsulları ilə
müəyyən anlayışın ifadəsi üçün
müvafiq termin yaratmaq
mümkün olmadıqda başqa dildən həmin anlayışı ifadə edən
termin alınır. Məhz bu səbəbdən dilimizdə alınma terminlərin
sayı çoxluq təşkil edir. Alınma terminlərə müxtəlif elmi sahələr
üzrə rast gəlinir.
Əgər əvvəllər terminlərin əksəriyyətini ərəb,
fars mənşəli
sözlər təşkil edirdisə, Azərbaycanda Sovet hakimiyyətinin
qələbəsindən sonra rus dili aparıcı olmağa başladı. Hal-hazırda
alınma sözlər üçün aparıcı dil ingilis dilidir. Vaxtilə ingilis
dilində işlək olan sözlər dilimizə rus dili
vasitəsi ilə keçirdisə,
bu hal indi vasitəsiz və daha intensiv xarakter alıb. Bu bir neçə
səbəblə bağlıdır: İngilis dili hal-hazırda elm və texnologiyanın
dilidir. Belə ki, internet bütün dünyanı əhatə edir. İnternetdə isə
aparıcı dil ingilis dilidir. Buna görə də ingilis dilinin digər
dillərə nüfuzu daha geniş vüsət alıb. Azərbaycan internet istifa-
dəçilərinin sayına görə heç də dünyanın bir çox inkişaf etmiş
ölkələrindən
geri
qalmır.
Məhz
bu
səbəbdən