Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə83/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   79   80   81   82   83   84   85   86   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
167 
kaliqrafiya, stenoqrafiya, fitoqrafiya; -logiya- (yun. logos, söz, 
təlim)-təlim, bilik, elm mənalarını bildirən mürəkkəb sözlərin 
tərkib hissəsidir: geologiya, sosiologiya; veb (ing. web-tor, 
şəbəkə) “internet məkanı, qlobal informasiya şəbəkəsi” 
mənasında işlənir. Bəzi sözlərə qoşularaq “internet” şəbəkəsinə 
aid olan anlayışlar yaradır: veb-sayt, veb-səhifə, veb-sənəd, 
veb-kamera, veb-master; Bloq- “veb”, və “blog” sözlərinin 
birləşməsindən əmələ gəlmişdir. Virtual şəbəkədə ardıcıl 
informativ qeydlərin və yazışmaların aparıldığı gündəlik 
mənasında işlənir: bloqer, bloqçu. 
Alınma termin dilin öz sözləri kimi hallanmalı və 
dəyişməlidir, bir sözlə, dilin özününküləşməlidir, lazım 
olmayan və az işlək olan termini dilin lüğət tərkibinə daxil 
edərək onu ağırlaşdırmağa ehtiyac yoxdur. Terminin işləklik 
tezliyini mühüm hesab edən E.F.Karski isə qeyd edir ki, hətta 
alınan termin dilin qanunlarına görə uğursuz və düzgün hesab 
edilmirsə belə, əgər çox işləkdirsə o, dildə öz yerini tapacaq və 
onu əvəzləmək mümkün olmayacaq [115,s.48]. Deməli, alınma 
sözün tədqiqində mühüm şərt sözün mənimsənilməsinin 
fonetik, semantik, morfoloji yollarını öyrənməklə yanaşı, 
alınma terminin dilin söz yaradıcılığında iştirakı və onun 
işlənmə dairəsinin müəyyənləşdirilməsi təşkil edir. Bu tip 
alınma sözlərin böyük hissəsi İnternet telekommunikasiya 
sahəsinə aid olur. Görünür, qloballaşma ən çox bu sahə üzrə 
gedir.
Müasir Azərbaycan dilində alınma terminlərin işlənmə 
məqamları müxtəlifdir. Bu da onların semantikasına əsaslanır. 
Belə ki, dilimizdə işlənən alınma terminlər ifadə etdikləri 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
168 
mənalarına görə müxtəlifdirlər. Bu baxımdan onları bir məna 
ifadə edən və bir neçə məna ifadə edən terminlər olaraq 
qruplaşdıra bilərik: 
1. Bir məna ifadə edən terminlər: admin, autizm, avtokar, 
banko, botoks, dekholder, devalvasiya, dicey, feysbuk, indeks; 
2. Bir neçə məna ifadə edən terminlər: anderrayter, 
apofeoz, brauzer, dekrement, diskont, frontal, imitator, 
innovasiya, kazus, trafik; 
Elə alınma terminlər vardır ki, onların Azərbaycan dilində 
qarşılıqları yaradılmışdır məsələn: seleksiya- seçim, kvorum- ye-
tersay, inkrement- addım, klaviş- düymə, kompetensiya- səriştə
korrektor- hamarlayıcı, kvest- güzəşt, presuppozisiya- ön mövqe, 
registrator- qeydedici, virtual maşın- fərz edilən maşın və s.
Alınma terminlər dili zənginləşdirməklə yanaşı, eyni 
zamanda onu ağırlaşdırır, öz kökündən ayırır. Bu isə milli dilin 
xəlqiliyini, onun saflığını zərbə altında qoyur. Bu baxımdan, 
dünya dillərinin təcrübəsinə əsaslanaraq, alınma terminlərin 
milli dildə qarşılıqlarının yaradılması zərurəti yaranır. 
Fikrimizcə, çox işlək olan alınma terminlərin dilə qəbulu 
məqbuldur, amma az işlənən və dildə qarşılığı olduğu halda 
yeni alınma terminə və ya sözə ehtiyac yoxdur. Alınma söz və 
ya termin yeni anlayışla birgə işləklik hüququ qazana bilər, 
ancaq bir neçə məna verən alınma terminlər dili ağırlaşdırır. 
Beləliklə, elmi-texniki tərəqqi prosesində terminlər işlənmə 
dairəsinə görə diqqət cəlb edir. Dilçilikdə terminologiyanın 
inkişafı, termin yaradıcılığı istehsal sahələrinin fəaliyyəti, elm və 
texnikanın informatika, kompüter texnologiyalarının sürətli 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin