Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi
Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı 171
1.
Rus dilindən transkripsiya yolu ilə alınan terminlər.
Briefing (ing)-briefing (fr.)- брифинг (rus)-brifinq (az.); siyasi-
hərbi alınma termin sayılan brifinq “bir mövzuda nəticə olaraq
verilən məlumat və ya bəyanat, açıqlama” deməkdir. Leasing
(ing)-leasing (fr.)-лизинг (rus)-lizinq (az.), leader (ing)- leader
(fr.)-лидер (rus)-lider (az.)-“siyasi partiyanın, ictimai-siyasi
təşkilatın və s. başçısı, rəhbəri” və s.
2.
Rus dilindən transliterasiya yolu ilə alınan terminlər. Modification (ing.)- modification (fr.) – модификация (rus) –
modifikasiya (az) - ingilis dilində işlək olan bu söz alman
dilində də eyni forma və mənada işlənir, rus dilində isə -tion suffiksi –ция suffiksi ilə əvəz olunub. Azərbaycan dilində
işlənən bu söz rus dilindən transkripsiya yolu ilə alınıb. Alınma terminlərin mühüm bir hissəsini beynəlmiləl
terminlər təşkil edir. “Elə sözləri beynəlxalq sözlər hesab
etmək olar ki, onların mənşəyi ümumi olsun, qrafik və
morfoloji keyfiyyətlərində müvafiq uyğunluq olsun, semantik
cəhətdən bir-birinə bu və ya digər dərəcədə yaxın olsun və bir
sıra qohum olmayan dillərdə, o cümlədən, ən azı iki müxtəlif
sistemli dildə işlədilsin” [39,s.62]. Belə beynəlmiləl terminlərin
yaranmasında qədim yunan və latın dillərinin böyük rolu olub,
lakin müasir dövrdə alınma terminlərin mühüm hissəsini təşkil
edən beynəlmiləl terminlərin yaranmasında aparıcı mənbə
ingilis dilidir. S.Sadıqova yazır: “Müasir dövrdə yaranan yeni
beynəlmiləl termin və beynəlmiləl sözlərin mənbə dili ingilis
dili hesab olunur. Onların vasitəsilə formalaşan yeni
terminlərin beynəlmiləl termin statusu alması hadisəsi isə geniş
yayılmışdır” [88,145].