Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
169
tərəqqisi
ilə
bilavasitə
əlaqədardır.
Bu
baxımdan,
terminologiyanın öyrənilməsi bu gün beynəlmiləl problemdir.
3.2. Terminoloji leksikanın alınma terminlər hesabına
zənginləşməsi
Müasir dövrdə xalqlar arasında mədəni əlaqələrin
genişləndirilməsi, onların ünsiyyəti və qarşılıqlı şəkildə bir-
birini dərk etməsi həmin xalqların yaxınlaşmasını şərtləndirir.
Lakin belə yaxınlaşma heç də təsirsiz ötmür. Dünya
əlaqələrinin qloballaşması insan fəaliyyətinin bütün sahələrinə
təsir edir. Bu, istər maliyyə, iqtisadi, istərsə də siyasi mədəni
sahələrdə rast gəlinən bir prosesdir. Bu proses informasiyanın
qlobal olaraq yayılması, koorparativ əlaqələrin genişlənməsi və
eləcə də müxtəlif mədəniyyətlərin yaxınlaşması ilə nəticələnir.
Baş verən inkişaf və dəyişiklik dilə təsirsiz ötüşmür. Belə ki,
müasir ədəbi dillərin inkişafı həm öz daxillərində baş verməklə
yanaşı, həm də müxtəlif dillərlə paralel istiqamətdə gedir.
Alınma
terminlər
Azərbaycan
terminologiyası
sistemlərində eyni səviyyədə yayılmamışlar. Bəzi alınma
terminlər dilimizdə yalnız dar ixtisas sahəsində işlənir və bu
ixtisas çərçivəsindən kənara çıxmır. Müasir dildə olan
problemlərdən biri də alınma sözlərin işlək olduqları dillərdə
məna baxımından tam eyniyyət təşkil etməməsidir. Səbəb isə
sözün bir dildə geniş, digər dildə isə konkret mənaya malik
olmasıdır. Alınma sözlərin yaranması dildaxili və dilxarici
sabəblərdən asılıdır. Dilxarici səbəb kimi ilkin şərt yeni ya-
ranmış
anlayış
və
məfhumla
bağlıdır.
Kompüter
texnologiyasının inkişafı, xalqlararası mədəni, iqtisadi və siyasi
əlaqələrin genişlənməsi nəticəsində xeyli sayda dilimizə alınma
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
170
terminlər daxil olmuşdur, məsələn: supervayzer, radar,
immiqrant, tranzit və s. Müxtəlif anlayış bildirən sözlərin və
ya xüsusi əhəmiyyətə malik sözləri ifadə etmə zərurəti də dil-
xarici səbəbin nəticəsidir. Bu tip prosesin nəticəsi kimi dildə
işlənən lokal, pilot sözlərini misal göstərə bilərik. Qloballaşma
dildə alınma sözlərin yaranmasında əsas rol oynayır. İnternetin
sürətli inkişafı alınma terminlərin yaranmasına və sürətlə
yayılmasına səbəb olan əsas şərtlərdən hesab olunur.
Dildaxili səbəblərə isə söz birləşməsi şəklində olan
anlayışı bir sözlə ifadə etmək zərurəti aiddir. Məsələn, mahir
atıcı əvəzində snayper, avtoturistlər üçün mehmanxana
əvəzində motel və s. sözləri işlədilir. Dildə mövcud alınma
morfoloji strukturların
Dilimizdə aralıq dili rus dili olan xeyli sayda alınma
terminlər var. Bu tip terminlərin bəziləri olduğu kimi, bəziləri
isə rus dilinin normalarına uyğun olaraq dəyişmiş və bu for-
mada dilimizə daxil olmuşdur. Mənbə dildən heç bir dəyişiklik
olmadan rus dili vasitəsi ilə dilimizə keçən alınma terminlərə
misal olaraq: aspect (ing.)- aspect (fr.)- аспект (rus)- aspekt
(az.)- “əşya, hadisə və anlayışlara münasibət, nöqteyi-nəzər”,
component
(ing)-composant
(fr.)-
компонент
(rus)-
komponent (az.)- “bir şeyin tərkib hissəsi, bir şeyi əmələ
gətirən hissələrdən hər biri”, control (ing)- contrôle (fr.)-
контроль (rus)- kontrol (az.)- “nəzarət, yoxlama, təftiş”, period
(ing)- période (fr.)-период (rus)-period (az.)- “müddət, vaxt”
və s.
Dəyişiklik edilərək rus dilindən alınan alınma terminlərin
əksəriyyəti dilimizə fonetik baxımdan uyğunlaşmışlar:
|