Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Azərbaycan dilində aralıq dili ingilis dili olan xeyli sayda



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə86/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   82   83   84   85   86   87   88   89   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Azərbaycan dilində aralıq dili ingilis dili olan xeyli sayda 
alınma terminlər var. Onları aşağıdakı kimi qruplaşdırmaq 
olar: 
1. Aralıq dili ingilis dili olan latın mənşəli alınma 
terminlər: visa (ing)- visa (fr.)- viza (az.)- “bir xarici ölkəyə 
daxil olmaq, orada yaşamaq, yaxud oradan getmək üçün xarici 
pasportda edilən xüsusi qeyd, rəsmi icazə”, “rəsmi vəzifə 
sahibinin, hər hansı bir kağız üzərində onun məzmunu ilə razı 
olduğunu göstərən qeydi” deməkdir. Audit (ing)-audit (fr.)- 
audit (az.) və s.
2. Aralıq dili ingilis dili olan alman mənşəli alınma 
terminlər:paket (ing)-packet (fr.)-paket (az.), slogan (ing) – 
slogan (fr.)- sloqan // slogan (az.) və s. 
3. Aralıq dili ingilis dili olan fransız mənşəli alınma 
terminlər: Balance (ing.)- balance (fr.)- balans (az.); Bu termin 
mühasibatda “aktiv və passiv hesabların qalıqlarını göstərən və 
hər hansı bir təsərrüfat və ya müəssisənin müəyyən dövr 
ərzindəki maliyyə vəziyyətini əks etdirən ümumi cədvəl”, 
“gəlir və çıxarın müvazinəti” anlamında işlənir. Yaxud, raund -
(ing.)-raund (fr.)-raund (az.)- “bəzi orqanların, idarələrin, 
təşkilatların və s.-nin rəhbərlik edici hissəsinin adı”, “bəzi 
idarələrin, yaxud onların şöbələrinin, kontorlarının və s.-nin 
adı”, boksda isə “vuruşun bir hissəsinin davam etdiyi iki və ya 
üç dəqiqəlik müddət” deməkdir. 
Bütün deyilənləri ümumiləşdirsək, dilimizdə işlənən 
alınma terminləri iki istiqamətdə qruplaşdırmaq olar: 
1. Olduğu kimi alınan alınma terminlər
2. Orijinaldan fərqlənən alınma terminlər; 


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
173 
Olduğu kimi alınan alınma terminlər orijinalda yazıldığı 
kimi, heç bir dəyişiklik edilmədən dildə işlənirlər. Məsələn, 
immiqrant (immigrant), radar (radar) və s. Orijinaldan fərq-
lənən alınma terminlər isə birinci bölgüdə qeyd etdiyimiz 
terminlərdən fərqli olaraq dilin qanun və normalarına müvafiq 
fonetik, leksik və ya qrafik baxımdan dilə uyğunlaşdırılmış 
alınma sözlərdirlər. Məsələn, brifinq (briefing), komissar 
(commissioner) və s. 
Azərbaycan dilinə daxil olan Avropa mənşəli alınma 
sözlərin 
birinci 
böyük 
hissəsi 
müasir 
informasiya 
texnologiyaları, xüsusən də kompüter və internetdən istifadə ilə 
bağlıdır. Avropa mənşəli alınmaların ikinci böyük qismi isə 
ictimai-siyasi və sosial sahələrə aiddir. İşlənmə sahələrinə görə 
dilimizdə olan alınma terminləri belə qruplaşdırmaq olar: 
1.Diplomatiya 
sahəsinə 
aid 
alınma 
terminlər: 
memorandum (ing) –memorandum (fr.) –меморандум (rus)- 
memorandum (az.) - “hər hansı bir məsələ haqqında hökumətin 
fikirləri izah edilmiş diplomatik sənəd”, sovereignty (ing.)- 
souveraineté (fr.)- суверенитет (rus)- suverenlik (az.)-
“müstəqillik, öz dövlətində hökmran olma, başqa dövlətlərdən 
asılı olmama”, “hakimiyyət hüququ”; mission (ing)- mission 
(fr.)-миссия (rus)-missiya (az.)- “vəzifə, borc” və s. 
2. Siyasi və hərbi alınma terminlər: separatism (ing.)-
séparatisme (fr.)- сепаратизм (rus) separatçılıq (az.)-“daxildən 
parçalama”, terrorism (ing.)- le terrorisme (fr.)-терроризм 
(rus)-terrorizm (az.), forum (ing.)- forum (fr.)- форум (rus)-
forum (az.) və s. 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
174 
3.İdarəçilik sahəsi ilə bağlı alınma terminlər: arbitration 
(ing.)-arbitrage 
(fr.)-арбитраж 
(rus)-arbitraj-“münsiflər 
məhkəməsi”, “idarələr, müəssisələr, təşkilatlar arasındakı mü-
bahisəni həll edən idarənin adı” deməkdir. Mandate (ing.)- 
mandat (fr.)-мандат (rus), mandate (az.); bureau (ing), bureau 
(fr.), бюро (rus), büro (az.)- “bəzi orqanların, idarələrin, 
təşkilatların və s.-nin rəhbərlik edici hissəsinin adı”, “bəzi 
idarələrin, yaxud onların şöbələrinin, kontorlarının və s.-nin 
adı” deməkdir.
4.Politologiya sahəsi ilə bağlı alınma terminlər: 
propaganda (ing) - propaganda (fr.) - пропаганда (rus) - 
propaqanda (az.)- “təşviqat” və s. 
5.Mühasibat sahəsi ilə bağlı alınma terminlər: budget 
(ing.)-budget (fr.)-бюджет (rus)-büdcə (az.)- “dövlətin və onun 
idarə və müəssisələrinin illik gəlir və çıxar cədvəli”, “bir -
adamın müəyyən vaxt ərzindəki gəlir və çıxarı”, dividend (ing.) 
-dividend (fr.)-дивиденд (rus)- dividend (az.)- “səhmdarlar 
cəmiyyəti üzvləri arasında bölünməli olan gəlirin bir hissəsi”, 
“hər bir səhmdarın payına düşən gəlir” və s. 
6.Hüquq sahəsi ilə bağlı alınma terminlər: monitoring 
(ing.)-surveillance (fr.)- мониторинг (rus)- monitorinq (az.)- 
“nəzarət, nəzarət etmək” deməkdir. Devaluation (ing.), déva-
luation 
(fr.)- 
девальвация (rus)- devalvasiya (az.), 
disinformation (ing)- désinformation (fr.)- дезинформация 
(rus)- dezinformasiya (az. ) və s. 
7.Kompüter 
sahəsi ilə bağlı alınma terminlər: 
calculator: kalkulyator-matematiksel əməliyyat etmək üçün 
istifadə edilən kompüter proqramlarına verilən ad; Kalkulyator 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin