Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
184
müxtəlif hərf və ya hərf birləşmələri eyni bir səs kimi tələffüz
olunur. Ona görə də sözü düzgün oxumaq, hərflərlə səsləri
qarışdırmamaq üçün fonetik transkripsiyadan istifadə olunur.
E.Ağaverdiyevanın fikrinə görə alınma
söz və terminlərdə
fonetik cəhətdən müəyyən dəyişiklik edilməsi isə aşağıdakı
səbəblərdən irəli gəlir: 1. Azərbaycan dilinin fonem tərkibinin
və əlifbasının digər dillərindən fərqlənməsi; 2. Sözlərin alındığı
dillə Azərbaycan dilinin orfoqrafiya qaydalarının bir-birindən
fərqlənməsi; 3. Alınmaların tələffüzünü Azərbaycan dilinin
xüsusi tələffüzünə tabe etmək cəhdi; [6,s.45]
İngilis dilinin fonetik quruluşu Azərbaycan dilinin fonetik
quruluşundan çox fərqlənir. Azərbaycan dilində saitlər uzun və
qısa tələffüzünə görə ayrılmırlar. İngilis dilində isə saitlər uzun
və qısa tələffüzünə görə ayrılır və hətta uzun saitlərin qısa
saitlərlə əvəz olunması və ya əks hal sözün mənasının
dəyişməsinə səbəb olur. İngilis dilində Azərbaycan dilinin
fonetikasında olmayan bir çox hərflərə və səslərə rast gəlirik.
Hərf olaraq
w, səs olaraq [Ʒ], [ƞ], [æ], [ð], [ɛ], [ɵ], [ʃ], [θ], [dƷ],
[tʃ] kimi fonemlərə Azərbaycan dilində rast gəlinmir.
Həmçinin
Azərbaycan dilindən fərqli olaraq ingilis dilində uzun, qısa
səslərə, monoftonq və diftonqlara rast gəlirik. Hərflər sözdəki
yerlərindən asılı olaraq, eyni zamanda özündən əvvəl və ya
sonra gələn hərfə nəzərən müxtəlif cür tələffüz olunurlar. Bu
tip fonetik mənimsənilmiş, yəni transkripsiya üsulu ilə alınmış
terminlərə misal olaraq aşağıdakı nümunələri göstərmək olar.
Səslər samit və sait olaraq qruplaşdırılmışdır.
Dostları ilə paylaş: