Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
182
Alınmaların mənimsənilməsi mürəkkəb prosesdir. Burada
dilin fonetik çalarları bütün yaruslarda dəyişikliyə uğraya bilər.
“Alınma terminlərin fonetik
mənimsənilməsi çoxşaxəli və
olduqca mürəkkəb hadisədir. Alınma terminlərdə vurğunun
yeri və xarakteri, saitlərin uzunluğu, qısalığı,
samitlərin
yumşaqlığı, qalınlığı dəyişir, heca bölgüsünün sərhədi pozulur
və s. –bir sözlə, alınmalar dilimizin nitq normalarına tabe olur
[67,s.250-51]. Transkripsiya keyfiyyətinə görə çox fərqli də ola
bilər, az fərqli də. Bu dillər arasındakı fonetik quruluşun
oxşarlığından və ya fərqli cəhətlərinin çoxluğundan asılıdır.
Dünyada tam oxşar fonetik quruluşlu dillər mövcud deyil. Bu
səbəbdən fonetik mənimsəmə zamanı sözlər bu və digər
dərəcədə dəyişikliyə uğrayır. İ.P.Susov yazır: “Bütün alınma
sözlər fonetik dəyişikliyə eyni dərəcədə məruz qalmır.
Onlardan bəzisi sözalan dilin fonetik qanunlarına tabe olaraq
başqa
şəklə düşür, digərləri isə mənbə dildəki formasında
saxlanılır. Bu bir çox səbəblərdən başlıcası isə sözalma yolları
və mənbə dilin fonetik sisteminin sözalan dilin fonetik
sisteminə nə dərəcədə uyğun olmasından asılıdır [129,s.18].
Məsələn,
anderraytinq (
underwriting) maliyyə sahəsində yeni
buraxılmış qiymətli kağızların investisiya şirkətləri,
broker
firmaları,
yaxud
banklar
tərəfindən
ilkin
bazarda
yerləşdirilməsi mənasında termindir [147,s.24]. Verilmiş
nümunənin reseptor dil və mənbə dildəki formalarına nəzər sal-
saq xeyli fərqin şahidi olarıq. Azərbaycan dilində
w hərfinin,
eyni zamanda ingilis dilinin fonetik quruluşana xas bir səsin
istər sait, istərsə də samit olmaqla
müxtəlif cür tələffüz
olunması transkripsiya zamanı sözün tələffüzündə fərqli