Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə98/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   94   95   96   97   98   99   100   101   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
197 
İkinci halda isə dilə daxil olan söz sonradan söz 
yaradıcılığında iştirak edərək yeni mənalar ifadə etməyə 
başlayır. Bu zaman söz əlavə məna qazanır və bu məna ilə 
xüsusiləşir. “Semantik mənimsəmədə sintaktik valentliyini 
genişləndirən və ətraf mühitə düşən alınma termin semantik 
cəhətdən dəyişir, çoxmənalılıq, leksik-frazeoloji əlaqələrini in-
kişaf etdirir. Dilin alınma vahidlərinin işarəvilik xassəsi onların 
məzmun planında müəyyən sərbəstlik yaradır, onun mahiyyəti 
bütövlükdə dilin mahiyyətini əhatə edir. Məna tiplərinin 
semantik cəhətləri cümlədəki başqa sözlərdən asılı olur” 
[67,s.85].
Dilimizdə məna baxımından inkişaf edən bu tip terminlər 
vardır. Məsələn, iqtisadi sahədə anomiya (yun.anomos 
qanunsuzluq) – “dəyərlər sistemində kəskin böhranla (tənəz-
züllə) fərqlənən, məqsədlər və uğur qazanmaq imkanları 
arasında ziddiyyətlərin kəskinləşməsini, fərdi və ictimai şüurun 
əxlaqi-psixoloji vəziyyətini səciyyələndirən anlayış”ı bildirən 
termindir. Bu söz dilimizdə tibb sahəsində yaddaş itirilməsi 
mənasında daha işlək olsa da məna baxımdan genişlənərək 
politologiya sahəsi üzrə yuxarıda qeyd etdiyimiz mənada 
termin kimi yer almışdır. 
Beləliklə, termin yeni semantik vahidə çevrilmək üçün 
formal fonetik qabığını dəyişmədən motivləşməlidir. Semantik 
məna baxımından dilimizdə olan alınma terminlərə misal 
olaraq digər nümunələrə nəzər salaq: deformasiya (lat. 
deformatio təhrif etmə) – “simanın dəyişdirilməsi, dəyişdirmə 
başqa şəklə salma”dır. İngilis dilində bu söz “sıradan çıxmış, 
xarab olmuş, vəziyyətin dəyişmiş, tanınmaz, sifət” deməkdir. 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
198 
Dilemma (yun. dilemma di(s) iki dəfə + lemma mühakimə) – 
iki imkandan (adətən arzu olunmayan) birinin seçilməsi 
zərurətidir. İngilis dilində bu söz çıxılmaz vəziyyətdə qalmaq, 
çətin vəziyyətə düşmək, seçim etmək, seçim” deməkdir. 
Əslində, sadaladığımız bu sözlərin heç biri donor dildə termin 
deyildir. Ancaq bu sözlər dilimizə daxil olaraq müəyyən 
sahələr üzrə müxtəlif anlayışları ifadə edərək terminləşmişdir.
Beləliklə, aydın olur ki, elm inkişaf etdikcə anlayış və 
məfhumların sərhədləri də genişlənir. Demək olar ki, 
terminoloji leksikanın inkişafını araşdırarkən termin, məna və 
anlayış münasibətləri həmişə aktual olub. Belə ki, söz 
sərbəstdir, bir neçə mənada işləklik çalarına malikdir. Yalnız 
elmi anlayış sabitləşdikdə, onun mənası dəqiq və konkret 
olduqda onu müəyyən olunmuş elmi adla adlandırmaq olar.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin