Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
195
alınan məna dildə ehtiyac olunan sahədə yer alaraq sa-
bitləşəcəkdir. Bəzən alınan söz donor dildə nomenklatur və ya
jarqon olur. Məsələn, lazer, skayner, modem, printer kimi
internet terminləri E.Şeyqala görə ingilis dilində jarqon
leksikasına aiddirlər. Ekran, prosessor kimi sözləri
araşdırdıqda, əslində, onların donor dildə sinekdoxa olduğunun
şahidi oluruq. Belə ki, onlar mənbə dildə bütövü müəyyən
hissə ilə əvəz edirlər. E.Şeyqal isə bu sözlərin nomenklatur
olduğunu qeyd edir [133,s.128].
Alınma termin dilə daxil olduqdan sonra onun semantik
tutumu reallaşır, terminoloji sistemdə məntiqi semantik yerini
tapır və məzmun faktı olaraq qavranılır. Daha sonra milli dilin
leksik və qrammatik vahidləri ilə əlaqələnir, nəhayət,
kommunikativ dəyəri müəyyənləşir. Deməli, termin xüsusi
sintaktik sferadan dinamik sferaya çıxır və yeni bir mexanizm
elementinə çevrilir. Terminin ünsiyyət faktına çevrilməsi onun
funksional səviyyədə ki, fəaliyyətindən asılıdır.
Alınma söz və terminlərin iki və daha artıq mənası
mənimsənildikdə isə həmin sözlərin mənaları arasında əlaqə
itir və onlar dildə omonim kimi qəbul edilir. Terminologiyada
omonimlik hadisəsinin meydana çıxma səbəbini belə izah
edirlər: “Terminologiyada belə omonimlik hadisəsinin
meydana çıxması səbəbini iki cür əsaslandırmaq olar. Birincisi,
yeni istiqamətin yaranması prosesində sahənin terminlərindən
istifadə etmək nəticəsində sözün əvvəlki mənasının
dəyişdirilməsi, ikincisi, terminlərin tərcüməsi zamanı omonim
variantın qəbul edilməsi” [85,s.65-66].
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
196
Bu hadisə transterminləşmə ilə oxşayır, yəni bəzən alınan
terminin bir neçə mənası işlək olur. İşlək olan mənalar arasında
heç bir əlaqə olmadığından onları bəzən omonim terminlər
hesab edirlər. Əslində, semantik mənimsəmə tarix və cəmiyyət
ilə bağlı olan hadisədir, belə ki, sözün bir neçə mənası dilə
daxil olur, zaman keçdikcə bu mənalardan hansısa və
hansılarsa zərurət və tələb olduğu üçün dildə işləkliyini
qorumaqla dilin lüğət tərkibində özünə yer edir. Sözlərin
omonim və ya çoxmənalı olub-olmaması onların leksik-
frazeoloji və leksik-sintaktik fərqlənməsi ilə bağlı məsələdir.
Heç bir dil bütün anlayışları fərqli sözlərlə ifadə edə bilməz.
Ən zəngin dilin belə söz ehtiyatı və resursları müəyyən həddə
bitir. Beləliklə, müəyyən mənalı söz yeni anlayışı ifadə edən
məna ilə yaxınlaşır və beləcə söz müxtəlif mənalara malik olur.
Bununla da bir mənanın sərhədləri hüdudunda yeni mənalar
yaranmış olur. Buna görə də terminlər semantik, struktur, kom-
munikativ, praqmatik xarakteristikası diaxronik və sinxronik
aspektlərdən araşdırılmalıdır.
Semantik mənimsəmə iki istiqamətdə baş verir. Birinci
halda, sözün bir neçə mənası dilə daxil olur, amma müəyyən
vaxtdan sonra yalnız biri dildə sabitləşə bilir. Məsələn, brifinq
(ing. briefing qısa təlimat) – kütləvi informasiya vasitələri
nümayəndələrinin qısa müddətli müşavirəsi. Müşavirədə
hökumətin mövqeyi və ya beynəlxalq danışıqların gedişi
tərəflərin baxışları və s. haqqında informasiya verilir
[192,s.139], [194,s.29]. İngilis dilində bu söz məclis, görüş,
müşavirə, konstruksiya kimi mənalarda işləkdir. Azərbaycan
dilində isə yalnız yuxarıda qeyd etdiyimiz məna işləkdir.
|