Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi
Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı 211
daha çox düzəltmə və mürəkkəb söz şəklində formalaşırlar.
Kalka üsulu ilə yaradılan terminlərin böyük bir qismini iki və
daha artıq sözün qrammatik baxımdan uyğunlaşması
nəticəsində əmələ gələn terminlər təşkil edir. Bitişik yazılan,
yaxud ayrı yazılan bu terminləri təşkil edən sözlər ayrılıqda
müstəqil məna ifa etsələr də, tərkib daxilində bir məna ifadə
edərək bir anlayışı ifadə edirlər. Müasir dövrdə söz birləşməsi
şəklində kalkalar daha üstünlük təşkil edirlər. Söz
birləşmələrinin əsas tərəfi isim olması isə daha çox nəzərə
çarpır. Məs: Dövlət sifarişi (state order) – dövlətin xüsusi
marağının
olduğu
məhsulların
istehsalı,
xidmətlərin
göstərilməsi və işlərin görülməsi üçün səlahiyyətli dövlət
orqanları tərəfindən verilən və dövlət büdcəsi vəsaiti hesabına
ödənilən sifarişdir.
O.S.Axmanova kalka prosesi haqqında yazır: “Kalkaetmə
başqa bir dilin, yaxud başqa dillərin leksik-semantik modelinin
alınması, onları nəzərdə tutulan dilin morfemləri ilə
tamamlamaqla yeni sözlər yaradılması, yaxud dilə yeni
sintaktik üsulların gətirilməsidir” [97,s.139]. Bu səbəbdən dildə
bəzən daha mürəkkəb söz birləşmələri şəklində olan kalkalara
da rast gəlirik, məsələn: Ardıcıl mühasibat metodları prinsipi (consistent accounting methods principle) – maliyyə
bəyanatlarının
komponentlərinin
strukturu,
mühasibat
metodları və qiymətqoyma qaydaları bir ildən növbəti ilə
keçiddə oxşardır. Müasir dövrdə Azərbaycan dilində işlək olan
termin kalkalar öz mürəkkəb quruluşları ilə fərqlənirlər. Söz
birləşməsi şəklində olan bu kalkaları aşağıdakı kimi qrup-
laşdıra bilərik: