Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
207
amortizasiya materialı, transport statu code-daşıma statusunun
kodu;
2. Dörd sözdən ibarət tərcümə termin söz birləşmələr:
inland waterway bill of loading- daxili su nəqliyyatı qayiməsi,
aggregate inventory management- ehtiyatların aqreqasiya
olunmuş menecmenti;
3. Beş sözdən ibarət tərcümə termin söz birləşmələr:
launch sequence scheduling-əməliyyat ardıcıllığının qrafikinin
tərtib edilməsi,
4. Altı sözdən ibarət tərcümə termin söz birləşmələr:
capable to promise- hazır məhsulun müəyyən müddətə
hazırlanması imkanı, period batch control- dövri sifarişlərin
verilməsi yolu ilə idarəetmə;
5. Yeddi sözdən ibarət tərcümə termin söz birləşmələr:
convention Internationale concernant le transport -dəmir yolu
ilə yük daşımaları haqda konvensiya;
6. İfadə şəkilli termin: son girən, ilk çıxır (SGİÇ),
yararlıdır, yararlı deyil;
Tərcümə
üsulu
ilə
alınma
terminlərin
mənimsənilənməsinin digər bir növü hərfi tərcümə, yəni
kalkalardır. Fransız dilinə məxsus “calque” sözünün yeni məna
kəsb etməsi dilçilikdə kalka termininin meydana gəlməsinə
səbəb olmuşdur. Müəyyən müddət ərzində bu söz beynəlmiləl
terminə çevrilmiş və hər bir dildə qəbul edilmişdir. “Calque”
fransız dilində çertyojlardan surət çıxarmaq üçün istifadə
edilən yüksək keyfiyyətli şəffaf kağıza, yaxud şəffaflığı
vermək üçün yağlar məhlulu ilə, qətranla, mumla,
doyuzdurulmuş nazik pambıq parçaya deyilir. “Kalka” termini
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
208
dilçilikdə ilk dəfə Şarl Balli tərəfindən işlədilmişdir.s.Ball kimi
M.İ.Steblan da kalkaları alınma hesab edərək onları alınmaların
bir qolu kimi göstərirdi. Onların əksi olaraq N.M.Şanski və
N.K.Dmitriyev isə kalkaları alınma kimi qəbul etmir, onları
dilin daxili imkanları əsasında yaranan sözlər adlandırırlar.
R.A.Budaqov isə kalkanı sözalmanın xüsusi növü kimi izah
edərək belə bir fikir irəli sürür: “Kalkalar alınmaların xüsusi bir
növüdür. Bu, müvafiq əcnəbi sözlərin quruluşu kimi
formalaşan, lakin onların maddi əsasını götürməyən
sözlərdir”[13,s.88].
Fikrimizcə, kalkalar sözalmanın tərcümə üsulu ilə
alınmasıdır. V.M.Jirimunski yazır: “Əcnəbi sözün leksik
cəhətdən mənimsənilməsinin daha tam formasını tərcümə üsulu
ilə alınmalar (kalkalar) təşkil edir. Tərcümə yolu ilə sözlər
alınan zaman dil materialının köməyi ilə əcnəbi sözün mənası,
sözyaratma prinsipləri, semantik quruluş, necə deyərlər, “daxili
forması” mənimsənilir [112,s.15]. V.M.Jirumunskinin verdiyi
təyinat əcnəbi sözün real mənasının mənimsənilməsinin
müxtəlif üsulları olan kalkaetmə ilə sözalma arasındakı həddi
aradan götürür. Kalka üsulu ilə yaranan terminlərlə alınma
cəhət yalnız kalkaların “surəti çıxarılan” modellərinin onlardan
kənarda, yəni başqa bir dildə olmasıdır. Başqa sözlə desək,
kalkalar milli dildə əcnəbi sözlərin quruluşu kimi forma alan
sözlərdir. Onlar müvafiq əcnəbi sözlərin quruluşu kimi
formalaşırlar. Kalka sözün hissəsi üzrə tərcümə edilib, sonra
həmin
hissələrin
mexaniki
surətdə birləşdirilməsidir.
A.Qurbanov yazır: “Başqa dillərin söz və ifadələrinin eyni ilə
deyil, tərcümə edilərək alınmasına kalka yolu ilə alınma
|