Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
209
deyilir. Kalkada sözün forması, onun səslənməsi yox, ifadə
etdiyi məna götürülür” [58,s.393].
Əslində, kalka ekvivalenti olmayan sözü təşkil edən
morfemlərin onların hərfi qarşılıqları ilə əvəz olunmasıdır.
Başqa bir mənbədə kalka və kalkaetmə anlayışları bir-birindən
fərqləndirilərək belə izah olunur: “Hər hansı bir dilin
elementlərindən istifadə etməklə başqa bir dilin leksik-
frazeoloji və sintaktik modeli əsasında yeni söz və ifadələrin
yaradılmasıdır” [17,s.161].
Kalka alınmalar və məna tərcümə terminlərlə həm oxşar,
həm də fərqli cəhətlərə malikdirlər. Kalkalar mənşə nöqteyi
nəzərindən alınma hesab olunsalar da nəticə etibarı ilə onlar
dilin öz vahidləri hesabına yaranmış sözlərdirlər. Tərcümə ilə
fərqli məqam ondan ibarətdir ki, tərcümə prosesində yalnız
məna tərcümə olunursa, yəni yalnız məna alınması halı
müşahidə olunursa, kalkaetmə prosesində həm məna, həm də
struktur alınır. Məhz bu səbəbdən dilçilikdə kalkaetmə bəzən
ayrıca bir bölüm kimi araşdırılır.
Kalka üsulu ilə terminlər yaradılarkən həmin dilin
qrammatik quruluşu əsas rol oynayır və terminlər dilin daxili
qanunları əsasında yaradılır. Kalkalar haqqında daha az mə-
lumata rast gəlirik, nəinki leksik alınmalara. Bu iki səbəblə
bağlıdır. Əvvəla, kalkalar dildə alınma sözlərə nisbətən
azdırlar. İkinci səbəb kalkanı müəyyən etmək çətindir. Belə ki,
onu gah alınma, gah da dilin daxili imkanları əsasında yaranan
söz kimi qəbul edənlər var. Məsələn, yaşıl işıq- green light-
зеленый свет nəqliyyat, yol işarəsi bildirən söz birləşməsi
olmaqla yanaşı, bəlkə dildə əvvəldən mövcud olan yaşıl işıq
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
210
sözünün məcazlaşması da ola bilər kimi fərziyyələr buna
sübutdur.
Kalka haqqında Arapova, Dann, Zaliznyak, Pfandl kimi
dilçilər də araşdırma aparmışlar. X.Pfandl yazır: “Əlbəttə,
problemin həlli üçün ilkin mənbə yetərli deyil və beynəlmiləl
və ingilis mənşəli alınmaları ayırmaq həmişə asan deyil.”
X.Pfandla görə kalka linqvistik və ekstralinqvistik təsirlərin
nəticəsində daxili sözyaratmadır [117,s.87].
Kalkaetmə prosesi bütün dünya dillərində mövcuddur.
Kalka üsulunun mahiyyəti haqqında dilçilik ədəbiyyatında
müxtəlif fikirlər irəli sürülmüşdür. Kalka üsulu ilə yeni ter-
minlər yaradılarkən tərcümə olunan bu və ya digər söz həmin
dildə eyni mənanı verən sözlərlə, yaxud söz və sözdüzəldici
şəkilçilərlə ifadə edilməlidir. Buna görə də tərcümə olunan
sözün tam semantik qarşılığı müəyyənləşdirilməlidir. Əks
halda, onu kalka adlandırmaq olmaz və bu zaman anlayış və
məfhumların daha dəqiq ifadəsi də mümkün olmaz.
Fikrimizcə, kalkalar alınma terminlərin mənimsəmə
üsullarından biridir. Mənimsəmə prosesi zamanı kalkalar
tərcümə olunur və reseptor dildə mənbə dildəki strukturu ilə
mənimsənilir. Göründüyü kimi, mənimsəmə prosesinin əsasını
tərcümə təşkil edir. Amma tərcümə təkcə mənanın və
mahiyyətin tərcümə olunması ilə məhdudlaşmır. Bu proses
sonradan sözün quruluşunun və struktur sabitliyinin
köçürülməsi ilə başa çatır. Kalka üsulu ilə dilimizdə bir çox
terminlər
yaradılmışdır.
Linqvistik
təhlillərə
əsasən
Azərbaycan dilində kalka üsulu ilə yaradılan terminlərin əsas
hissəsi isimlərdir və onlar öz quruluşuna görə müxtəlif olmaqla
|