Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə79/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   75   76   77   78   79   80   81   82   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
159 
leksik vahidə ehtiyac var, söz alan dildə isə müvafiq söz 
yoxdur [126,s.12].
Alınma sözlər müxtəlif dillərin təzahürüdür. Bu dillər 
fonetik, leksik, qrammatik baxımdan Azərbaycan dilindən bu 
və ya digər dərəcədə fərqlənirlər. Bu səbəbdən alınma terminlər 
dildə işlənərkən müəyyən normativlərə uyğunlaşmalı olurlar. 
Alınma terminlərin qismən və ya köklü məna dəyişikliyi əsasən 
dilimizin 
fonetik, 
qrammatik 
və 
leksik 
sisteminin 
xüsusiyyətləri və qanunauyğunluqları ilə bağlıdır. Müxtəlif 
kontekstlərdə alınma termin yeni məna çalarları qazanır, milli 
sözlərimizlə əlaqələri genişlənir. Terminlərin alınmasının həm 
dildaxili, həm dilxarici səbəbləri vardır. Dilxarici səbəblər 
deyərkən xalqlar arasındakı əlaqələr, bu əlaqələrin intensivliyi, 
qloballaşma və s. dildaxili səbəblər isə yeni anlayışı ifadə etmə 
vacibliyi, anlayışı daha konkret, daha ətraflı izah etmə imkanı, 
işləklik baxımından daha uyğun və anlaşılan olması nəzərdə 
tutulur.
Müasir Azərbaycan dilində bir sıra alınma terminlər vardır 
ki, onlar ifadə etdikləri mənadan əlavə başqa mənada da dildə 
işləklik qazanmışlar. Bu tip sözlərdə məna məcazlaşması 
hadisəsi müşahidə olunur, məsələn: tandem sözü (ing. tandem-
ardıcıl, yerləşmə) “eynitipli qurğu və ya hissələrin ardıcıl 
olaraq bir həndəsi ox üzərində yerləşməsi” deməkdir. Söz əlavə 
məcazi məna qazanaraq “hər hansı sahədə bir-birinə tən gələn, 
uyğun olan, bir-birini tamamlayan şəxslərin birgə fəaliyyəti” 
anlamında da işlənir. Bu söz həmçinin “maşın və ya onun 
hissələrinin bir xətt üzrə düzülməsi” deməkdir [198,s.217] 
Pirat (ing.pirata-quldur) sözü dəniz qulduru deməkdir. Müasir 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
160 
dildə söz məcazi mənada “hər hansı əsərin müəllifin və ya onu 
təmsil edən şəxsin icazəsi olmadan qazanc götürmək məqsədi 
ilə oğurluq çap edilərək yayılması” deməkdir [193,s.174]; 
Yaxud, kalibr- (fr. calibre) sözü hərbi sahədə işlənən termin 
kimi “odlu silahın lüləsinin, həmçinin güllənin və mərminin 
ölçüsü” deməkdir. Eyni zamanda, bu sözə yeni mənada “bir 
şeyin böyük-kiçikliyini, formasını yoxlamaq üçün şkalasız ölçü 
aləti” mənasında da rast gəlirik. Söz məcazi mənada son 
zamanlar bir adamın şəxsi keyfiyyəti, ictimai nüfuzu, fiziki 
ölçüləri anlamında da işlənir. Kamuflyaj (fr.camonflage-
örtmək, gizlətmək) sözü hərbi sahədə “müəyyən predmeti xallı 
ləkələr, xətlərlə rəngləmək yolu ilə gizlətmək üsulu”dur. Söz 
müasir dövrdə “bir kəsin və ya bir şeyin dəyişilmiş formada 
təqdimatı, hər hansı fəaliyyət və hərəkətlərin yanlış təsəvvür 
yaratmaq məqsədilə ört basdır etmək” anlamında məcazlaşaraq 
işlənir. Klişe (fr.cliche, clicher-iz salmaq) “müxtəlif materiallar 
(kağız, parça, dəri və s.) üzərində çap etmək üçün metal və ya 
taxta parçası səthində qazılmış qabarıq təsvir, qəlib” deməkdir. 
Müasir ədəbi dildə söz məcazi anlamda “bayağı, köhnəlmiş
çeynənmiş söz və ya ifadə” deməkdir. Flaqman (hol. vlagman, 
vlag+ bayraq+ man+insan) hərbi sahədə “böyük hərbi gəmi 
birləşməsinin komandanı habelə, həmin gəmi birləşməsi 
komandanın olduğu gəmi” mənasını verir. Mənanın 
məcazlaşması nəticəsində söz “öndə gedən, fərqlənən” mə-
nalarını verir. Planşet (fr.planchette-taxta lövhəcik)- əvvəllər 
bu söz “üzərində iri çertyoj kağızlarını işləmək üçün dördbucaq 
taxta lövhə” anlamında işlənirdi. Məna genişlənməsi və 
köçürülməsi əsasında bu söz “kiçikölçülü, çoxfunksiyalı, 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin