Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
139
[165,s.188]. Boğaz sözü anatomiyada “boyunun, qida
borusunun başı və nəfəs yollarının yerləşdiyi ön hissəsi”,
coğrafiya sahəsində isə “dənizin iki quru arasındakı dar
hissəsi”, musiqidə isə “xanəndənin, müğənninin özünəməxsus,
seçilən xalları zəngulələri ilə gəzişməsi, boğaz vurması”
mənalarında termindir [152,s.328], [168,s.23], [187,s.30].
“Günəşin, Ayın və ya parlaq ulduzların ətrafında görünən
parlaq işıq dairəsi” mənasını verən tac sözü musiqidə “xüsusi
simli musiqi alətlərinin yuxarı bölümündə yerləşən bəzəkli
hissə” termindir [155,s.252],[187,s.89].
2.Alınma terminlərin transterminləşməsi; Elmin inkişafı
nəticəsində yeni anlayışı ifadə etmək üçün dilin daxili
imkanları yetərli olmadıqda digər dillərə müraciət olunur. Bu
prosesin nəticəsində bəzən alınma sözün bir neçə mənası,
bəzən isə konkret olaraq bir mənası dildə işlədilir. Məsələn,
inversiya sözü biologiya, ədəbiyyat və dilçilik sahələrində ter-
mindir.
Biologiyada
“xromosom dəyişmələrindən biri,
xromosomun bir sahəsinin 180º dəyişməsi”, dilçilikdə və
ədəbiyyatda isə “qrammatik hadisə və ya üslubi üsul olaraq,
cümlədə sözlərin adi sırasının dəyişdirilməsi” deməkdir
[160,s.250],[152,s.563]. Yaxud, funksiya sözü riyaziyyatda
“qiyməti başqa dəyişən qiymətlərdən asılı və ona uyğun olan
dəyişən kəmiyyət”, biologiya sahəsində isə “heyvan və ya bitki
orqanizminin, onun hüceyrə və toxumalarının spesifik
fəaliyyəti” mənalarında termindir [152,s.210].
Transterminləşmiş terminləri işləndikləri elmi sahələr üzrə
iki cür qruplaşdırmaq olar:
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
140
1.İki elm sahəsində transterminləşən terminlər; İki elm
sahəsində transterminləşmə dedikdə, eyni sözün iki müxtəlif
elm sahəsində fərqli mənada xüsusiləşməsi nəzərdə tutulur.
Məsələn, əməliyyat sözü tibbi terminoloji lüğətdə “bəzi
xəstəliklər, yaxud yaralanmalar zamanı müalicə məqsədi ilə
bədənin hər hansı bir yerində icra edilən cərrahlıq işi” kimi
izah olunub [213,s.111]. Eyni sözə iqtisadi termin kimi
“iqtisadi qiymətlərin yaradılması, dəyişdirilməsi, mübadiləsi,
ötürülməsi və ya ləğv edilməsi əks etdirən və mal və ya
maliyyə aktivlərinə mülkiyyət hüququnun dəyişməsi, xidmət
göstərilməsi, yaxud əmək və kapitalın verilməsini birləşdirən
iqtisadi axın” mənalarında da rast gəlinir [181,s.199].
Terminologiyanın zənginləşməsində transterminləşmə
yolu ilə yaranan terminlər yeni anlayışların yaranmasında
aparıcı faktor kimi nəzərə alınmalıdır. Termin yaradıcılığı yal-
nız terminologiyada özünü göstərən spesifik xüsusiyyətləri ilə
fərqlənir. Məsələn, müdafiə sözü hüquq termini kimi məhkəmə
prosesində müdafiə edən tərəf (ittiham qarşılığı) idman termini
kimi isə “futbol, xokkey və b. oyunlarda komandanın,
meydanın müəyyən sahəsini qoruyan, müdafiə edən hissəsi”
deməkdir [171,s.406]. Dərəcə sözü riyaziyyatda dairənin 1.360
hissəsinə bərabər bucaq riyaziyyat, maliyyə termini kimi isə
“qiymətli kağızların və valyuta məzənnələrinin və indekslərinin
kəmiyyətlərinin dəyişmələrini ölçmək üçün istifadə edilən ölçü
vahidi” mənasında termindir [152,592], [147,s.66], [205,s.42].
Azərbaycan dilində bu yolla söz yaradılması başqa dillərdə
olduğu kimi, semantik hadisələr əsasında əmələ gələn sözlərdə
müşahidə olunur. “Dildə bu və ya digər omonimin daxili
|