Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
131
qoruyaraq və əvvəlki mənasından fərqlənərək. Ümumişlək söz
kimi boş yer, boş sahə mənasında işlənən boşluq sözü
xalçaçılıq sahəsi üzrə xalçanın boş toxunması anlamında
işlənir. Eyni söz anatomiyada fərqli “bədəndə, ayrı-ayrı
üzvlərin yerləşdiyi yer” mənada terminləşmişdir [152,s.338 ].
“Bir şeyə müəyyən rəng vermək, bir şeyi boyamaq, yaxud rəsm
çəkmək üçün işlədilən rəng maddəsi” anlamında işlənən boyaq
sözü eyni mənada xalçaçılıq sahəsində termindir. Botanika
sahəsində də bu sözə rast gəlirik. Bu sahədə boyaq sözü
“kökündən boyayıcı maddə hasil edilən bitki” termini kimi izah
olunur [152,s.340]. Göründüyü kimi, hər iki nümunədə söz
əvvəlki
mənasını
qoruyaraq
iki
elm
sahəsində
transterminləşmişdir.
Peşə-sənət sözləri səviyyəsində xüsusiləşən xalçaçılıq
terminlərinə aşağıdakı sözləri misal göstərmək olar: sumax
yarpaqlarından aşı, boyaq və dərman maddələri hasil edilən
ağac və ya kol deməkdir. Xalçaçılıq sahəsində bu söz “yundan,
bəzən də ipəkdən əyrilmiş iplərdən toxunan” xalı anlamında
işlənir [155,s.161]. Yaxud da, paltarı ilməkləmək üçün (bəzən
də yaraşıq üçün) sümükdən, metaldan və ya başqa materialdan
qayrılan, adətən yuvarlaq şəkildə olan şey düymə sözü
xalçaçılıqda “qıraq ipinin növbə ilə hər iki qıraq ərişlərə ayrı-
ayrılıqda çarpaz dolanması” kimi başa düşülür [152,s.730-731].
Eyni mənada xüsusiləşən peşə-sənət sözləri də xalçaçılıq
sahəsində az deyildir. “Toxunma şeylərin (xalça, corab, parça
və s-nin) ayrı-ayrı halqaşəkilli düyünləri” ilmə, “pambıq
lifindən hazırlanan möhkəm, davamlı sap” iplik sözləri eyni
anlamda xalçaçılıq sahəsi üzrə xüsusiləşmişdir [152,s.534,565],
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
132
[157,s.103]. Göründüyü kimi, bu proses sadə proses deyildir.
Belə ki, sözün qazanmış olduğu yeni məna yeni anlayışı dəqiq
ifadə etməli, eyni zamanda anlayışı və onun mahiyyətini ifadə
edən ən optimal vahid olmalıdır.
Ümumişlək sözlərin bir qrupu oxşar mənada sahə üzrə
terminləşmişsə də, digər qrupu tam fərqli mənada sahə üzrə
terminləşmişdir. Xalçaçılıqda işlək olan naxış adları bu tip
fərqli məna əsasında terminləşməyə nümunə ola bilərlər.
Məsələn, “qadınların qulaqlarına taxdıqları qızıl, gümüş və s.-
dən qayrılmış müxtəlif formalı bəzək, tana” anlamında işlənən
sırğa, “ağzından od püskürən, insan və heyvanları udan,
qanadlı nəhəng, ya ilan şəklində təsəvvür olunan məfhum bir
heyvan” olan əjdaha, “dənizləri, gölləri, çayları, bulaqları
əmələ gətirən və hidrogenlə oksigenin kimyəvi birləşməsindən
ibarət olan şəffaf rəngsiz maye” anlamında işlənən su sözləri
xalçaçılıq sahəsində naxış elementlərinin adını bildirən
terminlərdir [157,s.85].
Transterminləşmənin bir növü də peşə-sənət sözlərinin
terminləşməsi hadisəsidir. Peşə sənət sözləri ilə terminlər
arasında sərhəd çox kiçikdir. Müxtəlif peşələrin öz fəaliyyət
sahələrini genişləndirməsi və ya onlara olan marağın artması
səbəbindən aktuallaşması nəticəsində bir qrup peşə sözləri
terminlər səviyyəsinə yüksəldi. Bir sıra peşə-sənət sözləri isə
ümumişlək səviyyədə işləkdirlər. Onların belə işləkliyi həmin
peşə sahələrinin cəmiyyətdə çox yayılması və aktual
olmasından qaynaqlanır. Dənizçilik, xalçaçılıq, torpaqşünaslıq
bu sayılan sahələrdən hesab olunur. Belə ki, milli dil əsasında
formalaşan dənizçilik terminləri sırasında ümumişlək sözlər
|