Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
125
bütövlükdə əks etdirir. Söz terminləşdikdə isə abstrakt
düşüncə, ümumiləşdirmə daha da güclənir. Terminləşmiş
ümumişlək söz isə mahiyyəti göstərir. Beləliklə, ümumişlək
sözün adi və elm sahəsində işlədilməsi xeyli fərqlənir.
Məsələn, göy qurşağı sözü ümumişlək söz kimi “havadakı su
damcılarında işığın sınması nəticəsində, görünən optik hadisə”,
“hacılar yolu, qarı nənə örkəni” mənasında işlənir [153,s.270].
Maliyyə termini kimi isə “valyuta risklərindən müdafiəni
nəzərdə tutan istiqrazlar başa düşülür” başa düşülür [147,s.93].
“Bu kimi hallarda ümumi ədəbi dilə məxsus sözdən əmələ
gəlmiş termin öz mənbəyinə qarşı xüsusi omonimə çevrilir”
[12,s.59]. Yaxud da, zəhər sözü “canlı orqanizmi zəhərləndirə
bilən maddə, ağı” mənasında işləkdir [155,s.651]. Maliyyə
termini kimi isə “defolta düşmək ehtimalının çox böyük olduğu
yüksək riskli sərmayə” anlamında xüsusiləşmişdir [189,s.228].
Yuxarıda göstərilən termin səciyyəli sözlər kontekstdən ası-
lıdırlar. Bu tip sözlərin mütəmadi olaraq dildə işlək olanları
müəyyən vaxt keçdikdən sonra terminə çevrilirlər.
Ümumişlək sözlərin omonimləşməsi prosesi zamanı sözün
əvvəlki mənası ilə heç bir əlaqəsi qalmır, söz yeni, müstəqil
məna ifadə edir. Məsələn, şaxta sözü “çox soyuq, qış havası,
bərk soyuq, sıfırdan aşağı hava temperaturu”, “faydalı
qazıntıların çıxarıldığı və yeraltı işlərin aparıldığı yer”
anlamında işlənir [155,s.186]. Texniki termin kimi isə
“müxtəlif məqsədlər üçün torpağın tərkibində kvadrat, dairəvi
və düzbucaq en kəsikdə şaquli qurulmuş qazma” deməkdir
[209,s.255].
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
126
Ümumişlək sözlərin omonimiya hadisəsi əsasında
terminləşməsi prosesində nəzərə çarpan əsas məsələlərdən biri
də onların mənalarının fərqli olmaları ilə yanaşı, ifadə etdikləri
məfhumlarından bir-birindən çox fərqlənməsidir. Omonimiya
hadisəsi nəticəsində ümumişlək sözlərin terminləşməsi
hallarına da bir çox elmi sahələrdə rast gəlinir. Bu zaman söz
ümumişlək mənasından tam ayrılaraq fərqli mənada elm
sahəsində xüsusiləşərək terminləşir, məsələn, aşıq sözü “xalq
xanəndəsi” deməkdir, eyni sözə anatomiya sahəsində tam fərqli
mənada rast gəlirik. Tibbi sahəsində bu söz “diz qapaqlarından
çıxan oynaq sümüyünün adı”dır [187,s.20].
Semantik üsulla terminologiyanın digər inkişaf istiqaməti
sözün elmin bir neçə sahəsində müxtəlif anlayışları ifadə
etməsidir. Bu tip terminlər mənanın genişlənməsi prosesi ilə
yaranmışdır. Məsələn, bığcıq sözü həm zoologiya, həm də
botanika sahəsində termindir. Zoologiya sahəsində “cücülərdə
başın öz tərəfindən irəliyə doğru uzanan buğumlu və çox
zaman tükə oxşayan hiss orqanı”, botanika sahəsində isə
“bitkilərin yarpaqlarında və saplaqlarında sapşəkilli törəmələr”,
nəbatət termini kimi isə “çiçəkli bitkilərdə dayağa bərkidilmə
üçün xidmət edən şəklini dəyişmiş yan zolağı” deməkdir
[199,s.42]. Yaxud, çiçək sözü ümumişlək söz kimi bitki, gül
deməkdir. Botanika sahəsində söz “çılpaqtoxumlu və
örtülütoxumlu bitkilərin ləçək tacından və erkəkciklə
dişicikdən ibarət çoxalma orqanı”, tibbdə isə “dəridə və selikli
qışalarda qabarcıqlı səpgi və titrətmə-qızdırma şəklində təzahür
edən ağır keçici xəstəlik” deməkdir. Qeyd olunan nümunələrdə
həm anlayış, həm də məna fərqliliyi müşahidə olunur.
|