Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
121
-gı
3
, -kı
4
; Bu şəkilçi feillərdən alət, vasitə, obyekt, proses
bildirən konkret və mücərrəd isimlər düzəldir. Məsələn, itki
sözü ümumişlək söz kimi “itirilmiş şey”, “döyüş zamanı
sıradan çıxmış əsgər və ya döyüş sursatı”, “ziyan, zərər, zay
olma, xarab olma” mənalarını bildirir [152,s.611]. İqtisadi
termin kimi isə “bir şəxsin hüquqa zidd, hərəkət etməklə
başqasına vurduğu ziyanın pulla ifadəsidir” [178,s.156].
Eyniadlı termin mülkiyyətin bütün növlərindən olan
təşkilatların iqtisadi fəaliyyətinin son maliyyə nəticəsi anlamını
verir [181,s.340].
-ın
4
şəkilçisi məna və vəzifəsinə görə -ım şəkilçisinə çox
yaxındır. Obyekt, vasitə, proses adı, yer bildirən isimlər
düzəlir. Məsələn, “sürətli axan su”, “sel”, “iti cərəyan, güclü
axan su, sel, ab”, mənalarını verən axın sözü miqrasiya
kontekstində “çox sayda insanın ölkəyə gəlməsi” kimi başa
düşülür [152,s.78],[181,s.6].
-ır
4
şəkilçisi obyekt, vasitə, proses adı, yer bildirən
terminlər düzəldir. Məsələn, kəsir sözü ümumişlək söz kimi
“nöqsan, çatışmazlıq, çatışmayan cəhət, şey”, “naqislik, əgər-
əskik”, “zərər, ziyan, çatışmayan hissə, əskik” mənalarında
işlənir [152,s.693]. Maliyyə sahəsində “çatışmazlıq, zərər”,
“xərclərin
gəlirləri
üstələməsi”
mənasında
termindir
[147,s.173].
-ış
4
şəkilçisi feillərin kökünə artırılaraq hərəkətin adını
bildirən terminlər düzəldir. “Giriləcək yer, daxil olmaq üçün
yer, yol”, “bir əsərin başlanğıc hissəsi: müqəddimə, ön söz, ilk
söz” mənalarında işlənən giriş sözü termin kimi “əcnəbinin
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
122
könüllü və ya məcburi, qanuni və ya qeyri-qanuni şəkildə
ölkəyə daxil olması” deməkdir [153,s.251], [211,s.33].
Deyilənləri ümumişləşdirsək, belə qənaətə gələrik ki,
ümumişlək sözlərin mənasını qismən itirərək terminləşməsi
prosesinə dilimizin müxtəlif elm sahələrində rast gəlinir. Bu
zaman söz termin kimi yeni məna kəsb edərkən semantik
cəhətdən yenidən qurulur.
Dostları ilə paylaş: |