Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə58/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   54   55   56   57   58   59   60   61   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
119 
Bəzi hallarda müxtəlif anlayış və ya onların əlamətləri 
oxşar xüsusiyyətlərinə görə eyni səs kompleksi ilə ifadə edilir. 
Bu o deməkdir ki, hər hansı bir əşyanın başqa bir əşya ilə oxşar 
əlamətləri müşahidə edildikdə yeni anlayış əvvəlki anlayışın 
ifadə etdiyi səs kompleksi ilə adlandırılır. Məsələn: partlayış, 
səs, ton kimi sözlər bu qəbildəndir. Partlayış sözü ümumişlək 
söz kimi “partlama işi, partlama” deməkdir. Fəlsəfə sahəsində 
“hər hansı bir hadisənin, antaqonistik ziddiyyət əsasında köhnə 
keyfiyyətdən 
yeni 
keyfiyyətə 
sıçrayışvari 
keçməsi 
formalarından biri”, dilçilik sahəsində isə “səsləri tələffüz 
edərkən qapanmış nitq üzvlərinin aralanması nəticəsində hava 
axınının ani olaraq çıxması” mənalarını ifadə edən termindir. 
Göründüyü kimi, söz hər iki elm sahəsində oxşar mənalar 
əsasında xüsusiləşmişdir. Beləliklə, “çoxmənalı sözlər 
kateqoriyasına mənsub olan hər hansı bir sözün ifadə etdiyi 
bütün mənalar əsasən bir məna ətrafında toplaşaraq onun müx-
təlif cəhətdən xüsusiyyətlərini, məna çalarlarını, bəzən məntiqi 
yaxınlığı olmayan müxtəlif mənalar ifadə edir” [16,s.31]. 
Əvvəlki mənasını qismən itirərək terminləşən ümumişlək 
sözlər quruluşca müxtəlif olurlar. Bir kökdən ibarət olan bu tip 
terminləşmiş sözlər sadə hesab olunurlar. Məsələn, söz bir şey 
və ya hadisə haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan 
nitq vahidi, kəlmədir [162,s.148]. İqtisadiyyatda isə EHM-in 
tərkibi birləşmiş işarə ardıcıllığından, ibarət olan əməliyyat 
yaddaşı tutumunun ölçü vahidi anlamında işlənir [185,s.97]. 
Yaxud, bud sözü “qıçın çanaq sümüyü ilə dizə qədər olan 
hissəsi”dir [152,s.353]. İdman sahəsində “güləşmədə rəqibin 
ombasına və ya gövdəsinə çanaq sümüyünün arxası və ya 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
120 
böyrü ilə altdan vurmaqla yerinə yetirilən atmaq fəndini tətbiq 
etmək” mənasında termindir [171,s.57]. İdarə sözü ümumişlək 
söz kimi “hər hansı bir iş sahəsinə baxan, müəyyən ştatı, mü-
diriyyəti olan təşkilat” anlamında işlənir [153,s.500]. İdman 
sahəsi üzrə terminləşdikdə isə “rəqibi ayağının xaricdən 
hücumçu güləşçinin ayağının arxasına keçirməyə məcbur et-
mək məqsədilə dartmaq və ya təkan verməklə icra edilən 
hərəkət” mənasını verir [171,s.122]. Bu zaman mövcud sözün 
əsas mənası mühafizə edilərək semantik dairəsi genişlənir və 
qismən dəyişiklik edilir. Burada da “söz yeni məna qazanır, 
başqa şəkildə desək, dildə məna cəhətdən yeni söz yaranır. 
Məhz elə buna görə də sözün mənasının istər tam, istərsə də 
qismən dəyişilməsinə semantik söz yaradıcılığı kimi baxmaq 
lazımdır” [60,s.432]. 
Son dövrlərdə yeni terminlərin yaranmasında morfoloji 
üsuldan geniş istifadə olunmaqdadır. Terminologiyanın 
müxtəlif sahədə termin yaradıcılığının zəruriliyin nəzərə alsaq, 
bu üsulun əhəmiyyətini geniş şərh etməyə ehtiyac yoxdur. Son 
dövrlərdə dilin daxili imkanları əsasında termin yaratmağa 
üstünlük verildiyi üçün tarixən dilimizdə işlənən, bu gün də öz 
işləkliyini saxlayan sözdüzəldici şəkilçilərdən istifadə olunur. 
Dilimizdə ümumişlək sözlər hesabına müəyyən elm sahələri 
üzrə xüsusiləşmiş, quruluşca düzəltmə terminlərə də rast 
gəlirik. “Morfoloji üsulla termin yaradılması həmin üsulla söz 
yaradıcılığı prosesinin üzvi, tərkib hissəsidir. Bu üsulla yaranan 
yeni terminlər kök və əsasa müxtəlif şəkilçilər əlavə olunmaqla 
formalaşır” [60,s.70]. 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin