Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə57/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   53   54   55   56   57   58   59   60   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
117 
ümumişlək sözlərin terminləşməsi prosesi bəzən omonimlik 
hadisəsi hesabına baş verir. Omonimlərin yaranmasının bir 
növü də sözün sonunda müəyyən səslərin düşməsi nəticəsində 
baş verir. Bu zaman sözün forması da mənası da dəyişmiş olur, 
məsələn: köçürmək// köçürmə, çatmaq//çatma, çəkmək//çəkmə 
və s. Bu tip hallarda sözün yeni terminoloji məna qazanması 
funksional məna köçürməsi hadisəsi hesabına baş verib. Belə 
ki, funksional məna köçürülməsi hadisəsində başlıca cəhət 
ondan ibarətdir ki, burada predmetin, hərəkətin funksiyası əsas 
hesab olunur. Məsələn: köçürmə sözü “birinin yaşayış yerini 
dəyişdirmək, bir yerdən başqa yerə daşınmaq”, “surətini 
çıxartmaq, üzünü çıxartmaq, olduğu kimi mətni başqa yerə 
yazmaq” mənalarını bildirir [153,s.744]. Maliyyə termini kimi 
bu söz “pul vəsaitinin bir subyektdən başqa subyektə 
göndərilməsi” deməkdir [147,s.181]. Ümumişlək söz kimi bu 
söz feildir, ancaq terminləşərkən isim olur. Eyni hala digər 
nümunələrdə də rast gəlmək mümkündür: çəkmə sözü 
ümumişlək söz kimi feil vəzifəsində “bir şeyi tutub özünə və ya 
başqa bir tərəfə dartmaq” mənasını verir, terminləşdikdə isə 
isim vəzifəsində “ümumi məcmuda müəyyən qiymət və ya çəki 
verilən, hər bir fərdi elementin cəmi kimi yekun göstəricilərin 
alınması üçün indeks hesablamalarında istifadə olunan” 
anlayışı ifadə edir [152,s.462],[181,s.88]. Çəkmə sözünün 
termin kimi ifadə etdiyi məna onun əsas mənasından fərqlənir. 
Yaxud, atılma sözü ümumişlək söz kimi “bir şeyin üstündən 
hoppanmaq, hoppanıb tullanmaq”, “cəld yönəlmək, yerimək, 
yüyürmək, cummaq, üz tutmaq” deməkdir [152,s.161]. Bu söz 
idmanın müxtəlif sahələrində termindir. Belə ki, sinxron 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
118 
üzgüçülükdə hərəkətlərin biri- “vertikal vəziyyətdə ayaqların 
maksimal işlənməsi hesabına bədənin başqa yuxarı hərəkəti”, 
“irəli çəkilmiş və bükülmüş dayaq ayağı ilə, digər ayaq diz 
gövdə vertikal olmaqla vəziyyət”, qılınc oynatmada “dizdən 
qatlanmış bir ayağın təkanının ardınca irəli qoyulmuş digər 
təkan ayaqla icra olunan hücum üsulu”, stolüstü tennisdə 
“qısaldılmış və ya çəp zərbələri qəbul etmək üçün yerdəyişmə 
üsulu”, bodibildinqdə və paurliftinqdə isə “dayaq ayağının 
qatlanıb irəli qoyulmaqla o biri ayağın düz və ya azca bükülü, 
gövdənin isə vertikal olduğu vəziyyət” anlamlarında 
xüsusiləşərək termin kimi formalaşmışdır [171,s.29]. 
Ümumişlək söz kimi feil, müəyyən sahələr üzrə xüsusi məna 
kəsb edərək terminləşdikdə isə isim vəzifəsində çıxış edir.  
Ümumişlək sözün əlavə məna qazanaraq terminoloji 
sahədə xüsusiləşməsi onun çoxmənalı lüğəvi semantikaya 
malik olması ilə əlaqədardır. Sözün mənasının dəyişdirilməsi 
onun məna çalarlarından birinə əsaslanır. Terminin eyni elmi 
sahədə bir neçə məna ifadə etməsi isə terminlərin 
çoxmənalılığına gətirib çıxarır. Bu isə terminologiyada məqbul 
sayılmır. Məsələn, seçim termini telekommunikasiya sahəsində 
iki mənada işlənir: “siqnalın tezliyə, zamana və amplitutadaya 
görə seleksiyası” və “kanalların, rabitə xətlərinin və ya digər 
şəbəkə obyektlərinin təyin olunmuş kriteriyalarına görə 
ayrılması” deməkdir. Bu terminin dəqiq hansı mənada 
işləndiyini bilmək üçün onun mətn daxilində işlənmə məz-
mununa nəzər yetirmək lazımdır. Bu halda isə termin 
kontekstdən asılı olur və əlavə izaha ehtiyac duyulur. 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin