Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
135
həmçinin şorlanmış torpaqlarda duz rejiminin tənzimlənməsi
məqsədi ilə torpaqların süni nəmləndirilməsi” və meliorasiya
növlərindən biridir [214,124]. Qeyd olunan sözlərin hamısı
ümumişlək söz olmaqla yanaşı, elmi sahədə termin kimi
formalaşmışdır.
Bir sahə üzrə spesifikləşmiş bir qrup xüsusi mənalı sözlər
eyni strukturda, ancaq tam fərqli mənada digər sahəyə məxsus
sözə çevrilirlər. Bu hal omonimiyanın ikinci formasıdır. Bu
prosesi terminin konversiyası da hesab edənlər var.
M.İsmayılova yazır: “Terminin konversiyası bir sahə
termininin morfoloji və fonetik tərkibini saxlamaqla tam və ya
qismən semantik modifikasiyaya uğramasını bildirir. Terminin
konversiyası bir nitq hissəsindən digərinə keçidi deyil, bir sahə
termin sistemindən başqasına keçməsini səciyyələndirir. Belə
proses nəticəsində yeni termin yaradılır. Termin yaranmasının
bu üsulu transterminləşmə adlanır. Deməli, transterminləşmə
bir sahə termininin qismən və ya tamamilə mənasını dəyişərək
başqa sahə termini kimi istifadə olunmasına deyilir.
Transterminləşmə terminin əvvəl mənsub olduğu sahə
terminologiyasından çıxmasını tələb etmir. Transterminləşmə
üsulu ilə terminyaranma sahələr arası omonimləri əmələ gətirir
[44,s.91]. Beləliklə, transterminləşmə elmlərin inteqrasiyası və
diferensiyası prosesindən asılıdır. Ancaq M.Qasımov bir
terminlə iki və daha artıq anlayışın adlandırılmasını
çoxmənalılıq adlandırır və bunu terminologiya üçün qüsur
hesab edir. Bu çoxmənalılıq terminin bir-biri ilə əlaqəsi
olmayan və ya uzaq əlaqəyə malik olan anlayışları bildirməyə
əsaslanırdısa, bu qəbul edilmirdi. Ancaq anlayışlar müxtəlif
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
136
elm sahələrinə aid olarsa və onlar arasında heç bir yaxın və ya
uzaq əlaqə olmazsa bu qəbul edilən hal hesab olunurdu. “Bəzən
termin bir-biri ilə əlaqəsi olmayan, bəzən də bir-biri ilə uzaq
“qohumluq əlaqələrinə” malik olan anlayışları bildirir. Lakin
müəyyən bir termin tamamilə müxtəlif elm sahələrinə məxsus
anlayışları ifadə edirsə, bu, nöqsan sayılmır” [47,s.105].
Məhz bu səbəbdən terminologiyanın inkişafı prosesi təkcə
leksikoqrafiya materialları əsasında araşdırılmalı deyil, bu iş
eləcə də müxtəlif termin sistemlər səviyyəsində tədqiq
olunmalıdır. Terminologiyada vacib məqamlardan biri də
sözlərin şəkilcə uyğun, amma mənaları arasında ümumi
əlaqənin olmaması halıdır. Məna və şəkilcə münasibətlərin bu
növü omonimiyaya hadisəsidir. Dilimizdə semantik yolla
omonim sözlərin əmələ gəlməsinin tarixi çox qədimdir. Belə
ki, “omonimlərin hesabına dilimizin lüğət tərkibinin zən-
ginləşməsi onun ən qədim, ilk təşəkkülü dövrlərindən başlamış
davam edən hadisələrdən biridir” [12,s.32].
Elmlər bu və ya digər şəkildə bir-birləri ilə qarşılıqlı
əlaqəlidir. Belə ki, bir elm sahəsində olan dəyişiklik bəzən
digər elm sahələrinə təsir edir. Bu səbəbdən müəyyən elmə
məxsus terminlərin bəzilərinin başqa mənada digər elm
sahələrində işlədilməsi hadisəsi rast gəlinir. Beləliklə, eyni
anlayışlar müxtəlif elm sahələrində müxtəlif aspektlərdə fərqli
cəhətdən izah olunurlar. Məsələn, fizikada “elektrik cərəyanını,
səsi, istiliyi və s.ni öz daxilindən keçirən cisim, naqil”
anlamında işlənən keçirici sözü epidemioloji sahədə “təbii
şəraitdə törədicini donordan resipiyentə keçirən qansoran
buğumayaqlı” mənasında termindir [153,s.654],[177,s.10].
|