Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə63/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   59   60   61   62   63   64   65   66   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
129 
[14,s.186]. Əsas mənaya semantik cəhətdən bağlanan 
keyfiyyətlər əşya haqqında əlavə məlumat verir. Məsələn, 
qələm sözü ümumişlək söz kimi “mürəkkəbə batırıb yazmaq 
üçün ucu şiş və yarıq yazma aləti” və eyni zamanda “yazma 
qabiliyyəti, inşa qabiliyyəti, üslub” deməkdir [154,s.106]. 
Biologiya sahəsi üzrə isə söz əlavə- “quşun bədən örtüyünün 
əsasının təşkil edən lələk oxunun dəridə olan hissəsi” məna 
qazanaraq termin kimi xüsusiləşmişdir [160,s.284]. 
Beləliklə, misallardan göründüyü kimi, ümumişlək sözlər 
terminləşən zaman xüsusi məna ifadə edir. Deyilənləri 
ümumiləşdirsək belə qənaətə gələ bilərik ki, terminoloji işdə 
anlayışın adlandırılmasına dinamik və statik aspektlərdən 
yanaşmaq lazımdır. Çünki adlandırılan anlayış ümumi 
cəmiyyət tərəfindən qəbul olunmalı və işlək olunmalıdır. 
 
2.4. Terminologiyada transterminləşmə prosesi 
 
Sözlər tarixi inkişaf nəticəsində dəyişir və yeni əlavə 
mənalar qazanır. Müasir dövrdə termin yaradıcılığı 
üsullarından biri də terminin yeni mənalar qazanaraq 
terminləşməsidir. Bu prosesdə həm ümumişlək sözlər, həm də 
terminlər terminləşir. Ümumişlək söz terminləşərək semantik 
cəhətdən dəyişir və əvvəlki məna ilə əlaqəsini kəsir. Bu zaman 
omonimlik yaranır. Monoqrafiyanın əvvəlində ümumişlək 
sözlərin terminləşmə prosesinin sözün çoxmənalı lüğəvi 
mənaya malik olması ilə bağlılığını qeyd etdik. Əvvəlki 
mənasını qoruyub saxlayaraq terminoloji leksikada xüsusiləşən 
sözlərdə çoxmənalılıq əlaqəsi daha çox hiss olunur. Əvvəlki 
mənasından 
tamamilə 
uzaqlaşan 
ümumişlək 
sözlərin 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
130 
terminləşmə prosesində isə omonimlik prosesi nəzərə çarpır. 
Çünki çoxmənalılığın sonu omonimlik prosesidir. “Söz terminə 
keçəndə öz mənbəyindən assosiativ əlaqəsini kəsir, müəyyən 
elm sahəsinə keçir. Sözün semantik cəhətdən dəyişməsi 
nəticəsində xüsusi terminlər fondu yaranır. Həmin söz həm 
termin, həm də ümumişlək söz kimi işlənərək omonimlər 
əmələ gətirir” [37,s.36]. Bu səbəbdəndir ki, ümumişlək sözlərin 
terminləşmə prosesində ən çox isimlər iştirak edir. Bu hala bir 
çox elm sahələrində təsadüf olunur ki bunlardan biri də xal-
çaçılıqdır. Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət 
növünün ən qədim sahələrindən biri hesab edilir. Azərbaycan 
xalq - tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın mil-
li mədəniyyəti tarixində özünəməxsus yer tutur. Bu 
özünəməxsusluq onun lüğət tərkibində də özünü göstərir. 
Xalçaçılıq leksikasına nəzər salsaq görərik ki, bir sıra 
ümumişlək sözlər semantik cəhətdən iki istiqamət üzrə inkişaf 
edərək ayrı-ayrı sahələrdə yeni anlayışlar bildirir. Belə ki, 
zaman keçdikcə dildə mövcud olan söz əlavə məna qazanaraq 
semantik baxımdan inkişaf edir və yeni anlayışı ifadə edir. 
N.Hüseynova yazır: “....Ümumişlək leksik vahidlərin mənaca 
terminlərə çevrilməsi prosesində iki xüsusiyyət özünü göstərir: 
1. Leksik vahiddə fonetik differansiallıq müşahidə edilmir, 
ancaq yeni məna formalaşır. 
2. Leksik vahidin strukturunda bəzi dəyişikliklər baş verir, 
bir söz digər bir sözlə birləşir və yeni bir anlayış ifadə edir” 
[36,s.75]. 
Qeyd olunan birinci hal, yəni xalçaçılıq leksikasında 
transterminləşmə iki səviyyədə baş verir: əvvəlki mənasını 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin