Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
96
Söz
logistika sahəsində “təchizat
zəncirində və ya onun bir
hissəsində miqdar, məkan və ya qiymət parametrlərinə malik
olan materiallar” mənasında terminləşmişdir. Bununla yanaşı,
söz təkcə termin kimi işlənmir, eyni zamanda terminoloji
leksikanın zənginləşməsində rol oynayır və bir sıra terminlərin
yaranmasında
iştirak edir, məsələn:
ehtiyat güc, ehtiyat
hissələri, ehtiyat məntəqəsi, ehtiyat səviyyəsi. [188,s.71]. Bu
halda
sifariş və
ehtiyat sözlərinin mənaca başqa leksik
vahidlərlə birləşərək işlədilməsi onların məna birliyini pozmur.
Beləliklə, aydın olur ki, sözün
terminoloji leksikada öz
yerini tapması üçün sözün mənasının dərinləşməsi və
təkmilləşməsi əsas şərtlərindən sayılır. Yuxarıda göstərilən
nümunələrdə terminlər anlayışın mahiyyətini tam dərk etmək
və açmaq üçün onu digər anlayışlarla əlaqəsini dəqiqləşdirir.
Bununla da anlayışla bağlı dərketmə
daha da dərinləşdirmiş
olur. Bir anlayışın digər anlayışla əlaqəsi təkcə onun mövcud,
real anlayış əlaqələrini anlamağa deyil, eyni zamanda bu
anlayışların sonrakı məna inkişaflarını istiqamətləndirməyə
kömək edir. Bu isə
öz növbəsində onu izah edir ki, məna və
anlayışların sözlərdə əks olunması yalnız onların ayrı-ayrılıqda
nə isə ifadə etməsini göstərmir. Bu hal onları ayırmaqla,
fərqləndirməklə yanaşı, aralarında vahid, oxşar cəhətin
olmasını da üzə çıxarır. “Yeni anlayışı əks etdirmək üçün dildə
əvvəlcədən mövcud olan sözdən istifadə edilir. Lakin yeni
anlayışı bildirmək üçün hansı sözdən istifadə olunması
təsadüfü deyildir. Bu zaman sözün əvvəlki mənası
ilə yeni
anlayış arasında əvvəlki sözün təkcə səs tərkibi yox, mənası da
iştirak edir” [93,s.196].