Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
90
əsasında termin yaratmaq üçün yalnız mövcud söz yaradıcılığı
modellərindən istifadə etmək kifayətdir” [48,s.8].
Müasir Azərbaycan dilinin terminoloji leksikasında
terminlərin ümumişlək sözlər hesabına
formalaşma prosesinə
müxtəlif elm sahələrində rast gəlinir:
informatika sahəsində-
cavab, daxiletmə, xidmət, imkan, ünvan, axın, yığın, bənzətmə,
böcək;
logistika sahəsində-yığma, tələb, növbə, qutu, qalıq,
azalma, tullantı, tutqac;
iqtisadi sahədə-enmə, gəlir, bölmə,
məhsul, ödəmə, izləmə, işəsalma;
tibb sahəsində- ağızcıq, baş-
cıq, bığcıq, boğulma, cücərmə, çürümə;
politologiya sahəsində-
birlik, seçki, seçici, işğal;
texnika sahəsində-rəqqas, yeyilmə,
üfürmə, tərəzi, tüstü;
nəqliyyat sahəsində- açar, damcı, dilçə,
səpinti, sıçrayış və s.
Dilin daxili imkanları əsasında termin yaradıcılığı
prosesində ümumişlək sözlərin terminləşərək yeni mənalar
ifadə etməsi daha çox rast gəlinən hadisədir. Bütün yeni
mənalar yeni anlayış və məfhumların adlandırılması məqsədilə
meydana çıxmışlar. Sözün məna yükünün artması
milli dilin
lüğət tərkibinin kəmiyyətcə artmasının qarşısını alır, beləliklə
də eyni leksik vahidin müxtəlif anlayışları ifadə etməsinə
imkan yaradır. Bu hal ümumişlək sözün mənasının
genişlənməsi-polisemiya prosesinə bənzəsə də,
lakin fərqli
hadisədir. Belə ki, çoxmənalılıq leksik-semantik hadisə hesab
olunur. Eyni zamanda çoxmənalılıq dilin obrazlılığını,
emosionallığını təmin edən əsas məsələlərdən biridir. Əslində,
çoxmənalılıq bir deyil, bir neçə məna çalarını ümumiləşdirən
anlayışlar, ifadələr sisteminin ümumi adıdır. “Sözün mənasının
və ya məna variantının çoxalmasında söz əvvəlki mənasını