Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
82
barama açılmasından başlayır, sonra əyirilir, qaynadılıb təmiz-
lənir, rənglənir və nəhayət, ipək sap alınması ilə başa çatır.
4.
İpəkçilikdə istifadə olunan alət adları: dümdümə
Şamaxıda kəlağayı toxunan dəzgahın hissəsi [151,s.158];
əlgi
Basarkeçiddə əl iyi, ip və ya sap əyirmək üçün alət [151,s.169];
heşi Ağdaşda ip eşən alət [151,s.217]; Nümunələrdən
göründüyü kimi, ipəkçilik peşəsi ilə bağlı
sözlərə daha çox
Şirvan, Şəki, Şamaxı, Bakı, Bərdə və Qarabağ dialektlərində
rast gəlinir.
Azərbaycanda arıçılıq, xüsusilə Sovet hakimiyyəti
dövründə inkişaf etməyə başlamışdır. Əvvəl mövcud olan xırda
dağınıq arıçılıq təsərrüfatları kolxoz və sovxozlarda,
sonralar
isə ixtisaslaşdırılmış iri arıçılıq təsərrüfatlarına çevrilmişdir.
Azərbaycanın Astara, Şamaxı, Quba, Qusar, Qarabağ,
Şəki, Zaqatala, Daşkəsən, Lerik, Lənkəran, Kəlbəcər, Laçın
və s. rayonlarında arıçılıq yaxşı inkişaf etmişdir. Buna baxma-
yaraq, Azərbaycan dilində arıçılığa aid termin olduqca azdır,
arıçılar, əsasən, rus dilində yazılmış
kitab və jurnallardan
istifadə edirlər və bu dili lazımi səviyyədə bilmədikləri üçün
orada işlədilən terminlərin mənasını da düzgün anlaya
bilmirlər. Bu kimi anlaşılmazlıqların yaranmaması üçün həmin
sözlərin milli dildə qarşılıqları verilməli və işlənməlidir. Bunun
üçün
həm ədəbi dildə, həm də dialekt və şivələrdə zəngin
materiallar vardır. Arıçılıqla bağlı dialektlərdə işlənən sözlərə
misal olaraq verilmiş nümunələrə nəzər salaq:
arıcıl [Göyçay]
“arı saxlamağa həvəskar” [151,s.17];
arılıx [Şahbuz] “arıxana,
arı səbətləri qoyulan yer” [151,s.17];
girginə “Qarakilsədə arı
beçəsi tutmaq üçün balaca səbət” [151,s.200];
höər