Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
76
[157,s.88]. Bu kəlməyə Salyan, Göyçay ərazilərində “təmiz
daranmış əl boyda yun” mənasında rast gəlinir [151,s.169].
3.
Xalça növlərini bildirən adlar. Xalça növləri adları ilə
bağlı xeyli sayda dialektlərdə sözlər vardır ki, onlar bu sahə ilə
bağlı terminoloji lüğətlərdə əks olunublar. Məsələn:
xalı
“böyük ölçüdə toxunmuş xalı-xalça” [157,s.208];
görədil
“Abşeron məktəbinə daxil olan xalça kompozisiyası”
[157,s.132];
mərəzə
“Şirvan
məktəbinə
daxil
olan
kompozisiyasının adı” [157,s.145];
nəlbəkigül “Qarabağ xalça
məktəbinin Şuşa qrupuna daxil olan xalça adı” deməkdir
[157,s.157].
4.
Palaz növlərini bildirən adlar. Gördin “yerə salınan
kilim, palaz” [157,s.131];
pənbə “pambıq
ipləri ilə toxunmuş
palaz” [157,s.167];
buzalu “Bakıda palaz növü” [150,s.68],
[157,s.66];
geyvət “Şəmkirdə içərisində ot və ya saman
qoyularaq çul əvəzinə işlənilən naxışlı palaz deməkdir
[157,s.191],[150,s.176].
Fərş sözü xalçaçılıqda “yerə salınan
hər bir şey, xalça, palaz”dır [157,s.205]. Bu kəlmə Naxçıvan,
Zərdab, Şahbuzda da eyni anlamda işləkdir [149,s.403].
Göründüyü kimi sözlər dialektdə işlənən mənalarını
saxlamaqla xalçaçılıq sahəsində xüsusiləşərək terminləşmişdir.
5
. Naxış adları. Azərbaycan xalçaçılıq
sənəti dünyada
naxışları ilə məşhurdur. Dialekt və şivələrdə xalçaçılıqda
istifadə olunan naxış adları bildirən sözlərə də rast gəlinir,
məsələn:
göl dekorativ və tətbiqi sənət nümunələrində, o
cümlədən, xalçaçılıq sahələrində geniş yayılan naxış
elementlərindən biri [157,s.131];
xətt dekorativ sənətlərini bü-
tün janrlarda istifadə edilən “düz çəkilmiş xətt” deməkdir