Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə33/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   29   30   31   32   33   34   35   36   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
69 
[150,s.650],[187,s.188],[176,s.119]. Beləliklə, söz dialektdə 
işlək olan mənasını saxlamaqla tibbi sahədə xüsusiləşərək 
termin kimi formalaşmışdır. Həmçinin “istər xalq təbabətində, 
Azərbaycan dilinin dialekt və şivələrindən toplanmış xalq 
təbabəti leksikasının yaranma yollarını araşdırarkən sadədən 
mürəkkəbə doğru inkişafı gözümüzdə bir daha canlandı. 
Burada əsasən bir və iki hecalı sözlər daha üstün mövqeyə 
malikdir [52,s.43]. Bu zənginləşməni xalq yaradıcılığının 
məhsulu kimi də dəyərləndirmək olar.
Dialektlər heyvandarlıq, xalçaçılıq, əkinçilik, bağçılıq, 
arıçılıq və s. sahələrə aid termin səciyyəli sözlərlə zəngindir. 
Azərbaycan əhalisi qədim zamanlardan etibarən əkinçiliklə, 
heyvandarlıqla, balıqçılıqla, ipəkçiliklə, toxuculuqla, xırda 
sənətkarlıqla məşğul olduğundan Azərbaycan dilinin 
dialektlərində müxtəlif peşə və sənətlərə, texniki alət və vasi-
tələrə aid çoxlu sözlər işlədilmiş, indi də işlədilməkdədir. 
Azərbaycan üçün bu gün ən mühüm məqsədlərdən biri 
iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi 
inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir.
Keçən əsrdə kənd təsərrüfatının müxtəlif sahələrinə aid 
yazılan elmi əsər, dərslik, metodik vəsaitlər, əsasən, rus dilində 
idi və bu səbəbdən dildə işlənən terminlərin əksəriyyətini 
alınma terminlər 
təşkil 
edirdi. 
Bu 
sahədə 
yazan 
tədqiqatçılardan olan Ə.Həsənova tədqiqat işində kənd 
təsərrüfatına aid terminləri səciyyələndirən spesifik cəhətləri 
(birmənalılıq, üslubi neytrallıq, dəqiqlik, konkretlik və s.) 
bütün genişliyi ilə izah etmişdir. Burada ilk dəfə ümumən 
terminlərin, xüsusən də kənd təsərrüfatı terminlərinin hansı nitq 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
70 
hissələri əsasında formalaşması məsələsi aydınlaşdırılmışdır 
[33]. Sonradan Z.Ə.Xasıyev “Azərbaycan dili dialekt və 
şivələrinin 
qərb 
qrupunda 
heyvandarlıq 
terminləri” 
monoqrafiyasında heyvandarlıq sahəsi üzrə külli miqdarda 
terminlər toplanılıb tədqiq olunmuşdur [37]. 
İnsan fəaliyyətinin istənilən sahəsindəki dəyişikliklər 
dildən yan ötmür, bura kənd təsərrüfatı da daxildir. Kənd 
təsərrüfatı dilin xəlqi, spesifik xüsusiyyətlərini özündə cəm-
ləşdirən məşğuliyyət sahəsidir. “Azərbaycan kənd təsərrüfatı 
terminlərini digər sahələrin terminlərindən fərqləndirən 
cəhətlərdən biri bu terminlərin xəlqiliyidir. Belə ki, vaxtilə xalq 
dilində, ayrı-ayrı dialekt və şivələrimizdə işlənən yüzlərcə söz 
zaman keçdikcə xüsusiləşərək, kənd təsərrüfatının spesifik 
terminləri kimi formalaşmışdır” [33,s.5]. 
Kənd təsərrüfatı, heyvandarlıqla əlaqədar hələ qədimdən 
dilimizdə formalaşmış spesifik terminlərin və termin səciyyəli 
sözlərin bir qismi ifadə etdikləri məfhumlarla birlikdə köhnəlib 
sıradan çıxsa da, bir qismi hazırda elə ilkin mənada 
işlənməkdədir. 
Azərbaycan dilinin dövlət dili elan olunmasından sonra 
milli dil, xüsusilə dialekt və şivə sözləri əsasında termin 
yaradıcılığı prosesi üstünlük təşkil etməyə başladı. Bu proses 
kənd təsərrüfatı sahələrində daha açıq şəkildə özünü 
göstərməyə başladı. Q.İ.Blinova da dialekt və şivə sözlərinin 
peşə-sənət leksikanın inkişafında mühüm rol oynadığını bi-
ldirərək yazır: “Peşə-sənət leksikasının əsas xüsusiyyətindən 
biri odur ki, bu leksika dialekt və şivələrdən əsaslı surətdə 
bəhrələnir [101,s.35]. Elm və texnikanın inkişafı, heyvandarlıq 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin