Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
74
sözləri ilə çoxmənalılıq təşkil edir. Hər iki halda çoxmənalılıq
əşyanın xarici görkəminə görə oxşarlıq əsasında baş verir”
[4,s.87-88]. M.Ə.Abdullayevanın fikrinə görə, dialekt sözləri
termin sözləri ilə çoxmənalılıq təşkil edir. Belə ki,
çoxmənalılıq prosesində əsas cəhət sözlərin mənaları arasında
yaxın əlaqənin və anlayış eyniliyinin olmasıdır. Bu tip dialekt
sözlərinin terminləşməsi prosesində mənalar arasında
əlaqə
bəzən var, bəzənsə yox. Anlayış ortaqlığı bəzən var, bəzən yox.
Məsələn:
bafta dialekt sözü “güləbətin və ya ipək sapdan
toxunmuş qaytan” deməkdir [157,s.24]. Qazax bölgəsində söz
“əlvan parçadan paltara tikilən haşiyə”, “zərli parça adı”
mənalarında işləkdir [150,s.34]. “Azərbaycan dilinin izahlı
lüğəti”ndə isə fars sözü “güləbətin ipək sapdan toxunmuş qay-
tan” kimi qeyd olunur [167,s.199]. Nümunədən göründüyü
kimi, sözlərin hər ikisi parça və parçadan hazırlanmış məhsul
adıdır.
Burada məna deyil, anlayış yaxınlığı var. Digər nü-
munədə isə bu hal fərqlidir. Belə ki,
başaltı sözü Şimali
Azərbaycanda maldarlıqla məşğul olan tərəkəmələrin məişətdə
istifadə etdikləri “yastıq” deməkdir (daxilində qırxıntı və ya
yun doldurulan bu yastıq baş altına
qoymaq üçün istifadə
edilir) [157,s.25]. Söz digər bir halda “pazlı dəzgahlarda üst
oxun başları altına qoyulan taxta” mənasında işlənir. Görün-
düyü kimi, sözün mənaları arasında əlaqə olsa da, ifadə
etdikləri anlayışlar arasında heç bir əlaqə yoxdur. Burada
dialekt sözünün çoxmənalılıq əsasında terminləşməsi prosesi
nəzərə çarpır.