Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
106
müxtəlifdir. Belə ki, bəzi tədqiqatçılar hesab edirlər ki,
ümumişlək söz hər hansı bir terminoloji sahə üzrə
xüsusiləşərsə, bu zaman sözün mənası daralmış olar və ya
əksinə əgər müəyyən elm sahəsinə xas hər hansı xüsusi mənalı
söz-termin ümumişlək səviyyədə işlək olarsa bu zaman
həmin
sözün mənası genişlənmiş hesab olunar. Fikrimizcə,
ümumişlək söz hər hansı terminoloji sahə üzrə xüsusiləşdikdə
onun mənasında daha çox genişlənmə nəzərə çarpır.
Məhdudlaşan sadəcə onun termin kimi xüsusi mənasının
işləkliyidir. Məsələn,
ailə sözü ümumişlək söz kimi “ata-
anadan, uşaqlardan və yaxın qohumlardan ibarət olub,
bir yerdə
yaşayan adamların hamısı, külfət” mənasında işlənir. Amma
termin kimi “ailə- üzvlərin qohumluq və evlilik əlaqələr,
məişət birliyi və qarşılıqlı məsuliyyətlərlə bir-birinə bağlı
olduğu kiçik sosial qrup”dur.
Zoologiyada bu kəlmə “bir
erkəklə və ya bir neçə dişidən ibarət heyvan dəstəsi”
mənasında termindir [196,s.365]. Göründüyü kimi, ikinci
halda əvvəlki məna əsasında xüsusi məna yaranmış, eyni
zamanda sözün semantik yükü daha da genişlənmişdir.
Dildə işlənən ümumişlək sözlərin bir çoxu öz strukturunu,
fonetik tərkibini saxlamaqla bərabər
terminologiyada da yeni
elmi məna kəsb edir. Uzun illər ümumişlək söz kimi istifadə
olunmuş bir sıra leksik vahidlər mənanın inkişafı ilə yeni
semantik məna qazanmış və yeni elmi anlayışları ifadə
etmişdir. Məsələn,
mühafizə sözü ümumişlək söz kimi “pis
təsirdən qorumaq, zərərli şeydən hifz etmək” deməkdir.
Sonradan bu söz terminoloji sahədə “diskdən,
yaxud lentdən
surətlərin sanksiyalaşdırılmamış götürülməsinin qarşısını alan